Sultan Heysəm ibn Tariq Əl Səid (; ) — Oman dövlətinin sultanı və baş naziri. 11 oktyabr 1955-ci ildə anadan olub. O, əmisi oğlu Sultan Qabus ibn Səid tərəfindən varis təyin edildikdən sonra 2020-ci ilin yanvarında taxta çıxdı.
Sultan olmamışdan əvvəl Heysəm bir neçə onilliklər ərzində Oman Nazirlər KabinetindəWider Powers to Bolster Parliamentary Performance sultan Qabusun yanında nazir vəzifəsində çalışmışdır.
Bioqrafiyası Heysəm ibn Tariq 11 oktyabr 1955-ci ildə Oman Sultanlığının, Maskat şəhərində anadan olub. O, Omanı idarə edən Əl Səid sülaləsinin üzvüdür.
Heysəmin atası — Sultan Teymur ibn Faysalın oğlu Seyid Tariq ibn Teymur, anası isə Seyyidə Şəvanə bint Həmud bin Əhməd Əl Busaididir. Onun altı qardaşı və iki bacısı var: Təlal, Qeys, Əsəd, Şihab, Ədhəm, Faris, Əməl və Nəvval. Qardaşı Seyid Əsəd ibn Tariq baş nazirin beynəlxalq əlaqələr və əməkdaşlıq məsələləri üzrə müavini, qardaşı Seyid Şihab ibn Tariq isə baş nazirin müdafiə məsələləri üzrə müavinidir. Qalan dörd qardaşının hamısı iş adamıdır və siyasətlə məşğul deyillər.
Təhsili Heysəm ibtidai təhsilini Maskatdakı Saidiya məktəbində başa vurmuş və 1969-1973-cü illərdə Livanda Brummana liseyində təhsilini davam etmişdir. 1979-cu ildə Oksford Universitetinin Pembrok Kollecinin Diplomatik Xidmətlər proqramını bitirmişdir.
Evlilik və uşaqları Heysəm ibn Tariq Seyyidə Əhəd bint Abdullah ibn Həməd Əl Busaidi ilə evlidir. Onların dörd övladı var:
Vəliəhd şahzadə Seyid Təyazin ibn Heysəm (21 avqust 1990). Seyyidə Aliyə bint Məhəmməd Al Busaidi ilə evlidir. Seyid Bilərəb ibn Heysəm (10 yanvar 1995) — 15 iyun 2021-ci ildə evlənib. Seyyidə Turayə bint Heysəm Seyyidə Öməimə bint Heysəm
Siyasi karyerası İdman həvəskarı olan Heysəm 1980-ci illərin əvvəllərində Oman Futbol Assosiasiyasının ilk rəhbəri olub. O, 1986-1994-cü illərdə Xarici İşlər Nazirliyinin Siyasi Məsələlər üzrə müşaviri, 1994-2002-ci illərdə Xarici İşlər Nazirliyinin baş katibi vəzifələrində çalışıb. Daha sonra 2002-ci ilin martında İrs və Mədəniyyət naziri təyin edildi və 2003-cü ildə Milli Siyahıyaalma komitəsinə sədrlik etdi.
Heysəm ibn Tariq diplomat kimi Oman dövlətini xarici ölkələrdə təmsil edirdi. 2016-cı ildə Uels şahzadəsi (sonralar III Çarlz) və Kornuoll hersoginyasını (sonralar Böyük Britaniya kraliçası Kamilla) Omana səfər edəndə şəxsən qarşılamışdı.
Heysəm həmçinin "Oman 2040" Gələcəyə Baxış Komitəsinin sədri və Oman Əlillər Assosiasiyasının fəxri prezidentidir.
Oman sultanı 10 yanvar 2020-ci ildə Heysəmin birinci əmisi oğlu Sultan Qabusun vəfatından sonra, Heysəm kral ailəsi və Qabunun vəsiyyəti ilə ertəsi gün Oman sultanı adlandırıldı və Oman Şurasının Əl-Bustanda keçirilən fövqəladə iclası qarşısında and içdi. Oman dövlət televiziyasının məlumatına görə, Qabusun məktubu Müdafiə Şurası tərəfindən açılıb və tezliklə onun kimliyi açıqlanıb. Sultan olaraq Heysəm ibn Tariq 18 avqust 2020-ci ilə qədər Omanın Baş naziri, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Müdafiə naziri, Maliyyə naziri, Xarici İşlər naziri və Mərkəzi Bankının sədri vəzifələrində də çalışıb.Oman transfers powers from Sultan's remit in government revamp"CBO welcomes His Highness Sayyid Taimur bin Asa'ad bin Tariq Al Said"
İlk ictimai çıxışında o, sələfinin sülhməramlı xarici siyasətini dəstəkləyəcəyini və Omanın iqtisadiyyatını daha da inkişaf etdirəcəyini vəd etdi. O, hakimiyyətinin əvvəlində Omanla Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə və digər qəddar, qeyri-insani davranış və cəza növlərinə qarşı Konvensiya, İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq pakt və Şəxslərin məcburi İtkin düşməsinin müdafiəsi haqqında Beynəlxalq Konvensiyasını imzalamışdır.
2020-ci ilin oktyabrında, Oman 2012-ci ildə hökumətin etirazçılara qarşı hücumlarından sonra Dəməşqdəki səfirliyini bağladıqdan sonra Suriyaya səfirini qaytaran ilk Körfəz dövləti oldu.Oman becomes first Gulf state to reinstate ambassador in Syria
11 yanvar 2021-ci ildə Heysəm ibn Tariq, vəliəhd şahzadəsi vəzifəsini yaradan Kral fərmanı ilə böyük oğlunun Omanın vəliəhd şahzadəsi olacağını bildirdi. Bu, onun böyük oğlu Seyid Təyazini ölkənin ilk vəliəhd şahzadəsi etdi və varislik üsulunu rəsmi şəkildə rəsmiləşdirdi. O, həmçinin vətəndaşlara və sakinlərə ifadə və fikir azadlığı vermək üçün Omanın Əsas Qanununu dəyişdirdi: Dövlətə şəxsi telefon danışıqlarına, sosial mediaya və ya poçt yazışmalarına nəzarət etməyə icazə verən qanunu ləğv etdi və ictimai asayişi pozmamaq və ya əxlaqa zidd olmamaq şərti ilə tanınmış adətlərə uyğun olaraq dini ayinləri icra etmək azadlığı verdi. 2021-ci ilin aprelində Oman əlavə dəyər vergisini Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Bəhreyndən sonra, Qətər və Küveytdən əvvəl tətbiq etdi.
Heysəmin Səudiyyə Ərəbistanı, Qətər və Böyük Britaniyaya səfərləri Omanın mühüm tərəfdaşları ilə dinc və mehriban münasibətləri saxlamaq üçün atılan addım kimi qiymətləndirilib. Onun Səudiyyə Ərəbistanına səfəri Oman kralının son on ildən artıq müddətdə ilk siyasi səfəri olub. Böyük Britaniyaya səfəri zamanı o, Vindzor sarayında Kraliça II Elizabet ilə görüşüb və "Müqəddəs Maykl və Georgi ordeni" mükafatına layiq görülüb."Queen Elizabeth hosts Sultan of Oman at Windsor Castle" 2022-ci ilin sentyabrında II Elizabetin ölümündən sonra Heytəm Kral III Çarlza başsağlığı vermək üçün Bukingem Sarayını ziyarət etmişdir.
Heysəm 2023-cü ilin mayında Tehrana səfər edib və burada regional diplomatik və təhlükəsizlik məsələlərini müzakirə edib.Oman's Sultan in Iran for talks on diplomatic, security issues
2023-cü ildə hökumət şaxələndirilmiş iqtisadi artımı dəstəkləmək üçün 5.2 milyard ABŞ dolları dəyərində investisiya fondu olan Oman Gələcək Fondunun yaradılmasını təsdiqlədi və Sultan Heytəm şəhəri üçün yeni inkişaf layihəsini elan etdi. 2023-cü ildə Turizm Qanunu qəbul edildi.
2020-2024-cü illər üçün Orta müddətli maliyyə planı daha böyük fiskal davamlılığı təklif etdi. Omanın ümumi maliyyə kəsiri 2015–2020-ci illərdə ümumi daxili məhsulun orta hesabla 12,8%-ni təşkil edib, büdcə kəsiri isə 2021-ci ildə təxminən 3,6%-ə çatıb. Oman 2022-ci ildə ÜDM-un təxminən 5%-ı həcmində büdcə gəlirlərinin büdcə xərclərindən artığına malik olub.
2025-ci ildə İran–İsrail müharibəsi zamanı, prezident Məsud Pezeşkian ilə telefon danışığında Sultan Heysəm hər iki tərəfdən gərginliyin azaldılması və davam edən münaqişəni və onun fəlakətli nəticələrini dayandırmaq üçün danışıqlara qayıtmağın vacibliyini vurğulamışdı.
2025-ci ilin mayında Heysəm ibn Tariq Oman ABŞ və Husilər arasında atəşkəs əldə etmək üçün vasitəçilik etmişdi.Oman says it mediated ceasefire between US, Yemen's Houthis
2025-ci ildə Oman Körfəzdə fərdi gəlir vergisi tətbiq edən ilk ölkə oldu. Vergi dəyişiklikləri ölkənin neft və qazdan asılılığını azaltmaq məqsədi daşıyır.
Ordenləri, Fəxri adları və Titulları Adları 11 oktyabr 1955 – 10 yanvar 2020: Əlahəzrət Seyid Heysəm ibn Tariq ibn Teymur Əl Səid 11 yanvar 2020 – indiki vaxt: Əlahəzrət Oman Sultanı
Milli mükafatları
1-ci dərəcəli Əl-Səid ordeni 1-ci dərəcəli Oman ordeni 1-ci dərəcəli Təsis ordeni Sultan Qabus ordeninin 2-ci dərəcəli üzvü Oman İntibah ordeninin 1-ci dərəcəli üzvü
Xarici mükafatları : Əlcəzair Əlcəzair Milli Xidmət Ordeninı (Atir) (29 oktyabr 2024). : Avstriya Avstriya Respublikasına xidmətlərinə görə fəxri orden (31 Mart 2001). : Bəhreyn Şeyx İsa ibn Salman Əl Xəlifə ordeninin fəxri dərəcəli üzvü (24 oktyabr 2022). : Belçika Leopold Ordeninin Böyük lenti (3 dekabr 2024). : Misir Nil ordeninin kavalerı (21 May 2023). :İordaniya Renessans Ali Ordeninin kavalerı (4 oktyabr 2022) Əl-Hüseyn bin Əli ordeninin kavalerı (22 May 2024). : Küveyt Böyük Mübarək ordeninin kavalerı (6 Fevral 2024). : Livan Milli Sedir ordeninin cəngavəri (29 Sentyabr 2002).Lahoud arrives in Oman : Niderland Hollandiya Aslanı Ordeninin Böyük Xaç cəngavəri (15 Aprel 2025). Oranc-Nassau ordeninin Böyük Xaç cəngavəri (10 Yanvar 2012) : Qətər
Şeyx Casim ibn Məhəmməd ibn Taninin qılıncı (22 noyabr 2021). : Səudiyyə Ərəbistanı Kral Əbdüləziz əl Səud ordeninin kavalerı (11 iyul 2021 – I dərəcəli, 24 dekabr 2006). İspaniya Vətəndaş xidmətlərinə görə orden (13 dekabr 1985). Katolik İzabella Ordeninin kavaleri (29 oktyabr 2025). : Türkiyə "Dövlət nişanı" ordeni (28 noyabr 2024). : Birləşmiş Ərəb Əmirlikləri Zayed ordeni kavaleri (27 sentyabr 2022). : Birləşmiş Krallıq Kraliça Viktoriya ordeninin Böyük Xaç cəngavəri (26 noyabr 2010). Müqəddəs Maykl və Corc ordeninin Böyük Xaç fəxri cəngavəri (15 dekabr 2021).
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1955-ci ildə doğulanlar Kateqoriya:Oman Kateqoriya:Fars körfəzi ölkələri Kateqoriya:Orta Şərq dövlətləri Kateqoriya:Yaxın Şərq dövlətləri Kateqoriya:Monarxiyalar Kateqoriya:İslam dövlətləri Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:Vəzifədə olan dövlət rəhbərləri Kateqoriya:Sultanlar