Adilə Cümşüd qızı Səfərova () — Azərbaycan əslli sovet və Rusiya sənətşünası, Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvü (2009).

Həyatı 1939-cu il dekabrın 18-də Bakıda anadan olub.

1962-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib, sonra isə sənətşünaslıq elmləri namizədi alimlik dərəcəsi alıb.

2009-cu ildə Rusiya Rəssamlıq Akademiyasının İncəsənət Tarixi və Sənət Tənqidi kafedrasının müxbir üzvü seçilib.

"Teatr və müasirlik" (Bakı, 1968) kitabının, habelə müasir rəssamların yaradıcılığına dair bir sıra məqalələrin müəllifidir.

Moskva Müasir İncəsənət Muzeyinin "İncəsənət dialoqu" jurnalının baş redaktoru, "Dekorativ sənət" jurnalının baş redaktorudur. Azərbaycan Dövlət Konservatoriyasında incəsənət tarixi kursunu tədris edib.

Mükafatları Mədəniyyət sahəsində Rusiya Hökuməti Mükafatı (2012) — Müasir İncəsənətə Dəstək Artproject Fondunun yaradılmasına görə "Əmək veteranı" medalı (1986) "Moskvanın 850 illiyi xatirəsinə" medalı (1997)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Rusiya azərbaycanlıları Kateqoriya:Azərbaycan sənətşünasları Kateqoriya:Rusiya sənətşünasları Kateqoriya:Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvləri Kateqoriya:Bakı Musiqi Akademiyasının müəllimləri