"Via con me" () — italyan bəstəkar və müğənni Paolo Conte tərəfindən 1981-ci ildə bəstələnmiş və ifa edilmiş mahnıdır. Mahnı ""Via con me (It's wonderful)"" adı ilə də tanınır.

Ümumi məlumat Mahnı Paolo Contenin ən məşhur və simvolik əsərlərindən biri hesab olunur.

Mahnının daxil olduğu Paris milonga albomu yayımlandığı dövrdə yüksək satış göstəricisi əldə etməsə də, sonradan mahnının populyarlığı sayəsində uzunmüddətli satışa çevrilmişdir.

Mətn Paolo Contenin əsas yaradıcılıq mövzularını ehtiva edir — kiçik şəhər həyatı, ekzistensializm və naməluma doğru qaçmaq arzusu.

Mahnı bir çox sənətçilər tərəfindən kover edilmişdir, o cümlədən Neri per Caso və Roberto Beninyi. Beninyi öz versiyasını Tu mi turbi filmində səsləndirmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İtaliya mahnıları