Sərhəd Qasımov (12 aprel 1941 – 20 noyabr 2025) — Azərbaycan ictimai xadimi, uzunmüddətli həmkarlar ittifaqı təşkilatçısı, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Həmkarlar İttifaqı Komitəsinin keçmiş sədri.

Həyatı Sərhəd Qasımov 12 aprel 1941-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1957–1961-ci illərdə Rabitə Texnikumunda təhsil almışdır. 1961-ci ildən Respublika Radio-Televiziya Mərkəzində elektrik montyoru kimi əmək fəaliyyətinə başlamışdır.

İki il müddətində hərbi xidmətdə olduqdan sonra, 1964-cü ildə işıq sexinin rəisi vəzifəsinə təyin edilmişdir. 1967-ci ilin oktyabrında Teleradionun Həmkarlar İttifaqı Komitəsinin ilk sədri seçilmişdir.

1970–1975-ci illərdə o, ilk azərbaycanlı olaraq Moskva Beynəlxalq Həmkarlar Akademiyasında təhsil almışdır.

51 il fasiləsiz olaraq "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri işləmişdir. Eyni zamanda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İdarə Heyətinin üzvü olmuşdur.

Mükafatları 2006 – "Əməkdar mədəniyyət işçisi" 2009 – "Tərəqqi" medalı 2018 – "Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 100 illiyi" medalı

İstinadlar

Kateqoriya:1941-ci ildə doğulanlar Kateqoriya:Əməkdar mədəniyyət işçiləri Kateqoriya:Lənkəranda doğulanlar