Yuliya Mameya (; ) — imperator Aleksandr Severin anası.
Bioqrafiyası O, Yuliya Mesanın iki qızından biri idi. Oğlu imperator olduqda o da, avqusta tituluna yiyələndi. Onun nüfuzu kifayət qədər güclü idi; 16 senatordan ibarət məsləhətçi şura ilə oğlunun hakimiyyətini idarə edirdi.
O, 232-ci ildə oğlu ilə birlildə İrana qarşı hərbi yürüşdə də iştirak etmişdi. Lakin bu yürüş uğursuzluqla nəticələnmişdi. Bu yürüşün uğursuzluğunu tez-tez onun müdaxilələri ilə əlaqələndirirlər. Roma ədəbiyyatçıları və tarixi mənbələr onun "hökumətə çox müdaxilə edən ana" kimi tənqid etmişlər.
O və oğlu Aleksandr Sever 235-ci ildə Roma əsgərləri tərəfindən öldürülmüşdür.
İstinadlar
Kateqoriya:Qətl qurbanları Kateqoriya:Qadınlar müharibədə Kateqoriya:Roma şəxsləri