Karayurt — Kayseri vilayətinin Sarız bələdiyyəsinə tabe olan, inzibati cəhətdən məhəllə statusuna malik bir kənddir.

Coğrafiya Kənd Kayseri şəhərindən təxminən 146 km cənub-şərqdə, Sarız rayon mərkəzindən isə təxminən 13 km cənubda yerləşir. Karayurt, Sarız dərəsi boyunca uzanan D815 dövlət yolunun yaxınlığında yerləşir. Kənd Seyhan çayının yuxarı axınlarının Adana vilayətinə daxil olmadan əvvəlki hissəsində mövcuddur

Tarix Qarayurdun sakinləri, 1865-ci ildə aparılan iskan tədbirlərindən sonra köçəri həyatdan məskun həyata keçən Əfşar türkmənləridir. Onlar Hələb türkmənləri içində "Rəcəbli Əfşarları" kimi tanınan tayfa qrupunun Qocanallı oymağına mənsublar.

Kənd sakinlərinin gündəlik danışıq dili Türkmən və Azərbaycan türkcəsinə böyük oxşarlıq göstərir.

İstinadlar

Kateqoriya:Sarız