Nate Berkus (; ) — Amerikalı interyer dizayneri, yazıçı və televiziya aparıcısı. O, yaratdığı Çikaqo interyer dizayn şirkəti "Nate Berkus Associates"i idarə edir və "Oprah Winfrey Show"da müntəzəm olaraq qonaq olur, izləyicilərə dizayn məsləhətləri verir, eləcə də teleşounun evlər üçün sürpriz təmir işlərini əlaqələndirir. O, çoxsaylı məhsul çeşidləri dizayn edib və bir neçə kitabın müəllifidir.

Həyatı Nate Berkus Natan Cey Berkus olaraq 17 sentyabr 1971-ci ildə Kaliforniya ştatının Orinc qraflığında anadan olub. O, "Lake Forest College"də Fransız dili və sosiologiya üzrə təhsil alıb. 1995-ci ildə öz dizayn şirkətini qurub. Şirkəti "Nate Berkus Associates" adlanır və yaşayış məkanları üçün premium interyerlər dizayn edir. O, Opra Vinfreyin şousunda tanındıqdan sonra öz şəxsi verilişi olan "The Nate Berkus Show"nu (2010-2012) aparmağa başlayıb. Daha sonra o, "Nate & Jeremiah by Design" adlı HGTV verilişini həyat yoldaşı Ceremi Brent ilə birlikdə təqdim edib.

Kitabları Home Rules: Transform the Place You Live into a Place You’ll Love (2005) The Things That Matter (2012)

Nate Berkus 2014-cü ildə məşhur interyer dizayneri Ceremi Brent ilə evlənib. Cütlüyün iki övladı var və birlikdə HGTV-də "Nate & Jeremiah Home Project" şousunu aparırlar. Nate Berkus ev dekorasiyası məhsulları, mebel və aksesuarlar üçün dizayn kolleksiyaları hazırlayır. "Target" brendi üçün xüsusi ev dekor kolleksiyası yaradıb.

İstinadlar

Xarici keçidlər

The Nate Berkus Show

Nick Berkus' Facebook Page Nate Berkus' (Fanmade) Latest Updates Website