Yaşma ovdanı — Sumqayıt şəhəri, Yaşma bağları ərazisində yerləşən, quruluşuna görə XVI əsrdə tikilməsi ehtimal edilən ovdan. Yerli sakinlər tərəfindən "Şah Abbas ovdanı" adı ilə də tanınır.
Tikili left|thumb|200 px|Yaşma ovdanı, türk tayfa damğası Ovdan geniş bir çöllüyün ortasında, tarixi karvan yolunun üzərində tikilmişdir. Ovdanın yaxınlığında karvansaray da olmuşdur. Bütün ovdanlarda olduğu kimi iki hissədən ibarətdir. Tağvari dəhliz şəklində olan giriş hissəsi torpağın üzərində yerləşir. Ovdanın əsas hissəsi torpağın altındadır. Su mənbəyi bir qədər dərində yerləşir. XVII əsrdə dəniz səviyyəsinin qalxması ilə ovdan və onun yerləşdiyi ərazi suyun altında qalır. Dənizin səviyyəsi düşsədə ovdan və karvansaray tədricən dağılır. Hazırda baxımsız vəziyyətdə olan ovdanın yeraltı hissəsi gilli torpaqla dolmuşdur.
Damğalar Ovdanda daş kitabə olmasada onu digərlərindən fərqləndirən cəhətlərdən biri üzərində Salur və Şamlı tayfa damğalarının olmasıdır. Bu da ərazidə yarımköçəri həyat keçirən maldarların mənsub olduğu tayfa damğalarını abidə üzərinə həkk etməsi ilə əlaqədar ola bilər. Bununla yanaşı abidə üzərinə müxtəlif dövrlərə aid tarixi əhəmiyyəti olmayan yazılarda cızılmışdır.
Tədqiqi 2022-ci ildə, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin əməkdaşları tərəfindən qeydiyyata alınması istiqamətində bir sıra fəaliyyətlər həyata keçirilmişdir. Lakin geniş arxeoloji-tarixi tədqiqatlara ehtiyac var.
Həmçinin bax Balaxanı ovdanı Şirvanşahlar ovdanı
İstinadlar
Kateqoriya:Sumqayıt abidələri Kateqoriya:Ovdanlar