Türk sürücülük vəsiqəsi (türk. Sürücü belgesi) — müvafiq dövlət qurumu, regional və ya yerli təhlükəsizlik qüvvələri tərəfindən verilən və sahibinin avtomobili idarə etmək hüququna malik olduğunu təsdiq edən sənəd.

Sürücülük vəsiqəsi imtahanları Milli Təhsil Nazirliyi tərəfindən aparılır, vəsiqə isə Türkiyə Təhlükəsizlik Baş İdarəsi tərəfindən verilir.Sürücü Belgesi Sıkça Sorulan Sorular

2016-cı il yanvarın 1-dən sürücülük vəsiqələri ilə bağlı yeni qanunlar qüvvəyə minib.The Kalkan Turkey Web Site Bu dəyişikliklər Türkiyəni Aİ sürücülük qaydalarına uyğunlaşdırmaq məqsədi daşıyır. Xarici ölkə vətəndaşı Türkitədə altı ay müddətində Aİ sürücülük vəsiqəsi ilə avtomobil idarə edə bilər. Altı aydan sonra türk sürücülük vəsiqəsi alınmalıdır. İstənilən Təhlükəsizlik Baş İdarəsi şöbəsinə müraciət etmək olar. Bununla belə, əcnəbi sürücülük vəsiqəsi sahibinə qaytarılmır və vətəndaşın ölkəsinin səlahiyyətli orqanına göndərilir. Təhlükəsizlik Baş İdarəsinın Akt qeydiyyatı şöbələri görüş təyin olunmadan müraciətlərə baxmır. Buna görə də, görüşlər"Randevu sayfası" həm onlayn, həm də Alo 199 zəng mərkəzi vasitəsilə həyata keçirilir.Çağrı Kontrol

Vətəndaşın Türkiyədə avtomobil sürmək üçün ən azı on səkkiz, motosikl sürmək üçün isə ən azı on altı yaşı olmalıdır. Sürücülük imtahanına praktiki və nəzəri imtahanlar daxildir və bu imtahanlar Avropa İttifaqının tələblərinə uyğun olmaq üçün sərtləşdirilib.Driving license Getting a driving license in Turkey

Türkiyə vətəndaşları üçün tələblər Sürücülük vəsiqəsi almaq üçün ərizəçidə aşağıdakı sənədlər olmalıdır:Sürücü Belgesi İşlemleri"Sayfalar - Sürücü Belgesi İşlemleri".Yeni Ehliyetler İçin Gerekli Belgeler Nelerdir? Nasıl Alınır

Kimlik kartı Köhnə sürücülük vəsiqəsi Tibbi arayış Sürücülük vəsiqəsinin ödənişi 1 biometrik şəkil Qan qrupunu göstərən sənəd Təhsili haqqında sənəd

Xarici ölkələrdən alınmış sürücülük vəsiqələrinin dəyişdirilməsi Tələb olunanlar:

Sürücülük vəsiqəsinin əsli və rəngli surəti Vəsiqənin notarial qaydada təsdiq edilmiş tərcüməsi Şəxsiyyət vəsiqəsi Sağlamlıq haqqında arayış Ödəniş 1 Biometrik şəkil Qan qrupunu göstərən sənəd Təhsili haqqında sənəd, xaricdən alınan təhsil sənədlərinin notarial qaydada təsdiq edilmiş tərcüməsi Cinayət qeydi arayışı (Sistem vasitəsilə elektron qaydada yoxlanılır)

Klassifikasiyası Şəkil:Turkey_driving_licence_classes.png

Həmçinin bax Türkiyə Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasında sürücülük vəsiqəsi

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Türkiyə Kateqoriya:Dövlət sənədləri Kateqoriya:Türkiyədə hüquq Kateqoriya:Sənədlər Kateqoriya:Şəxsiyyət sənədləri