Tsherinq Tobqay () — Butan siyasətçisi, Milli Assambleyada müxalifətin keçmiş lideri (2008–2013), Tobqay Xalq Demokrat Partiyasının lideri, Butanın yeddinci Baş naziri (2024-cü ildən)."Opposition leader voices concerns" . 2 August 2008. Retrieved 13 January 2011.

Həyatı Tobqay 19 sentyabr 1965-ci ildə Hindistanın Kalimponq şəhərində altı qardaşdan ibarət bir ailədə anadan olub."I will tell you secret…": Bhutanese PM Tshering Tobgay on how India moulded him". ANI News. Retrieved 2024-10-22.Peldek, Sonam. "Prime Minister of the Kingdom of Bhutan, Tshering Tobgay . raonline.ch. Retrieved 30 November 2015. Hər iki valideyni Butan ölkəsinin inkişafına kömək edib. Onun atası Butan kral ordusunun ilk əsgərlərindən biri olmuş, anası isə Butanı Hindistanla birləşdirən ilk yolun tikintisində iştirak etmişdir.Ahmad, Omair (15 June 2013). "Experiments With Democracy in Bhutan". The New York Times. Retrieved 27 November 2015.

Tobqay orta məktəbi Hindistanın şərqi Himalay dağlarında, Kalimponq şəhərindəki Dr. Qrahams Homes məktəbində oxumuşdur.

1990-cı ildə Tobqay, Birləşmiş Millətlər Təşkilatından təqaüd aldıqdan sonra Pittsburq Universitetinin Swanson Mühəndislik Məktəbində maşınqayırma üzrə bakalavr dərəcəsi almışdır. O, həmçinin 2004-cü ildə Harvard Universitetinin Con Kennedi adına İdarəetmə Məktəbində dövlət idarəçiliyi üzrə magistr dərəcəsi almışdır.

Tobqay siyasətə qoşulmazdan əvvəl 2003–2007-ci illərdə Butan Kral Hökumətində direktor vəzifəsində çalışmışdır.

O, 1998-ci ildə Taşi Doma ilə evlənib və iki övladı var. Həvəskar velosipedçidir və fitnes, idman zalı və yoqa ilə məşğul olur.

Karyerası Tobqay siyasətlə məşğul olmazdan əvvəl dövlət qulluqçusu olub. Karyerasına 1991-ci ildə Butan Təhsil Bölməsinin Texniki və Peşə Təhsili Bölməsində (TVES-Technical and Vocational Education Section) başlayıb. 1991-ci ildən 1999-cu ilə qədər TVES-də çalışdıqdan sonra o, Milli Texniki Təlim Təşkilatını (NTTA-National Technical Training Authority) yaratmış və 10 may 1999-cu ildən 30 iyun 2003-cü ilə qədər onun direktoru vəzifəsində çalışmışdır.

Tobqay həmçinin 1 iyul 2003-cü ildən 1 fevral 2007-ci ilə qədər Əmək və İnsan Resursları Nazirliyində İnsan Resursları departamentinin direktoru vəzifəsində çalışmışdır. Tobqay 2007-ci ilin fevral ayında Əmək Nazirliyindən istefa vermiş, 2008-ci ildə demokratiya quran hökmdar kralın vəzifələrini yerinə yetirmək üçün siyasətə başlamışdır.

Siyasət Tobqay Xalq Demokratik Partiyasının həmtəsisçi üzvü idi və partiyanın Butanın ilk qeydə alınmış siyasi partiyası kimi yaradılmasına cavabdeh idi. 2008-ci il seçkilərində XDP iki yer əldə etmişdir. 2009-cu ildə Xalq Demokratik Partiyasının lideri Sanqay Nqedup vəzifəsindən istefa vermiş, bununla da Tobqay partiyanın lideri vəzifəsini icra etməyə başlamışdır. 2013-cü il seçkilərindən sonra Tobqay gizli səsvermə yolu ilə Butanın Baş naziri seçildi. Xalq Demokrat Partiyası (Butan) 2024-cü il ümumi seçkilərində 47 yerdən 30-nu (100 yerdən 100-ü) qazandıqdan sonra Tşerinq Tobqay yenidən Baş nazir oldu.

2013-cü il kampaniyası 2013-cü il seçkilərində Tobqay kampaniyası zamanı kiçik vədlərlə Butanın inkişafına diqqət yetirmişdir. O, sələfinin izi ilə getmək və ümumi milli xoşbəxtliyi təşviq etmək əvəzinə, hər rayon üçün kommunal maşınlar həmçinin iki təcili yardım vertolyotu verəcəyinə söz vermişdir. Tobqayın seçki kampaniyası o zaman rekord səviyyədə — 2%-ə düşmüş iqtisadiyyatın yaxşılaşdırılmasına yönəlmişdir. Kampaniya həmçinin kənd iqtisadiyyatının gücləndiriləcəyinə, təhsil sektorunda islahatların aparılacağına və yerli hökumətə səlahiyyətlərin veriləcəyinə söz vermişdir.

Çıxışları 2015-ci ildə Tobqay Vibrant Gujaratda çıxış edərək dünyanın hər yerindən aparıcı korporasiyaları Butanla işgüzar əlaqələrdə iştirak etməyə dəvət etmişdir. 2015-ci ildə TEDx Thimphu adlı TED çıxışında Tobqay xoşbəxtlikdən və xoşbəxtlik mövzusunun Nensi Etkoff və Silver Donald Kameronun da daxil olduğu digər Ted çıxışlarında nə qədər geniş yayıldığından danışmışdır. O, çıxışında xoşbəxt olmaq üçün məqsəd, şəxsiyyət (kimlik) və təhlükəsizlik hissinin vacib olduğunu vurğulamışdır.

Tobqay 9 yanvar 2019-cu ildə Oksford Yoxsulluq və İnsan İnkişafı təşəbbüsündə (OPHI) Butanda demokratiyanın ilk on ili ilə bağlı çıxış etmişdir.

Mükafatları 17 dekabr 2014-cü ildə Butan kralı Tobqaya Butanın Baş naziri olduğu müddətdə millətin rifahı naminə göstərdiyi səylərə görə Lungmar şərfini təqdim etmişdir."HM confers the first reinstituted Lungmar to PM". kuenselonline.com. Archived from the original on 26 November 2015. Retrieved 25 November 2015.

İstinadlar

Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:Vəzifədə olan dövlət rəhbərləri