Leonardo Fioravanti (; ) — İtalyan avtomobil dizayneri. Həyatı Leonardo Fioravanti 31 yanvar 1938-ci ildə Milanda anadan olub. O, Milan Politexnik Universitetində mexanika mühəndisliyi üzrə təhsil alıb. Təhsilini tamamladıqdan sonra 1964-cü ildə məşhur dizayn evi "Pininfarina"ya qoşulub.

Fioravantinin avtomobil dünyasındakı mirası əsasən "Ferrari" ilə bağlıdır. O, "Pininfarina"da çalışdığı dövrdə bir sıra məşhur "Ferrari" modellərinin dizaynına rəhbərlik edib.

Onun layiyələndirdiyi əsas "Ferrari" modelləri: "Ferrari" Dino 206 GT & 246 GT (1968-1974) - "Ferrari"nin orta mühərrikli ilk yol avtomobili. Yumşaq xətləri və balanslı dizaynı ilə klassik hala gəldi. "Ferrari" 365 GTB/4 “Daytona” (1968) - Uzun burunlu, agresiv ön hissə və əfsanəvi silueti ilə tanınır. - "Ferrari" 512 BB (1976) - Orta mühərrikli super avtomobil dizaynında yeni bir dövr açdı. - "Ferrari" 308 GTB (1975) - Daha kompaktdizaynı və aerodinamik forması ilə Ferrari-nin ən məşhur modellərindən biri oldu. - "Ferrari" F40 (1987) - "Ferrari"nin 40 illiyini qeyd etmək üçün yaradılmış bu model, dizayn və performans baxımından avtomobil tarixində xüsusi yer tutur.

Fioravanti 1987-ci ildə "Pininfarina"dan ayrıldıqdan sonra "Fiat" və "Alfa Romeo" kimi markalar üçün də dizaynlar hazırladı. Daha sonra o, öz dizayn studiyasını, "Fioravanti SRL" quraraq müxtəlif avtomobil və sənaye dizayn layihələri üzərində işləməyə davam etdi.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İtaliya şəxsləri