Əl-Məğazi () və ya Kitab əl-Məğazi () — Vəqidinin Məhəmmədin döyüşləri (səriyyə və qəzvələri) haqqında qələmə aldığı əsəri.
Əsər Əsər "Kitabüt-Tarix"in mühüm bir hissəsini təşkil edir. Əsərdə hərbi yürüşlər və döyüşlər geniş və ətraflı şəkildə verilmişdir. Əsər müəllifin tam şəkildə dövrümüzə qədər gəlib çatmış yeganə əsəridir. Əsər ilk dəfə Alfred fon Kremer tərəfindən "History of Mohammad’s Campaigns" adı altında nəşr edilmişdir (Kəlkətə. 1856). Əsər müxtəlif tarixlərdə (1948, 1966 və s.) və yerlərdə (London, Qahirə və s.) nəşr edilmişdir. İbn Həcər bu əsər "Müntəqa min Məğazil-Vəqidi" adlı təliq yazmışdır. Əsər fars, türk və alman (xülasə) dillərinə tərcümə edilmişdir. Əsərə Yozef Horovits, Qasım Şülul və Əbdüləziz ibn Süleyman əs-Səllumi tərəfindən doktorluq dissertasiyası yazılmışdır.
Həmçinin bax
Sünni kitablarının siyahısı
İstinadlar
Kateqoriya:İslam tarixi Kateqoriya:İslam terminləri Kateqoriya:Ərəb dilində kitablar Kateqoriya:IX əsrdə islam