Rikardo Alarkon de Kesada (; ) — kubalı siyasətçi. O, təxminən 30 il ölkəsinin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi, daha sonra isə 1992-ci ildən 1993-cü ilə qədər Xarici İşlər Naziri vəzifəsində çalışmışdır. Daha sonra Alarkon 1993-cü ildən 2013-cü ilə qədər Xalq Gücü Milli Assambleyasının prezidenti olmuş və bu vəzifəyə görə Kubada üçüncü ən güclü şəxs hesab edilmişdir. O, həmçinin 2013-cü ilə qədər Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur.

Havana Universitetini fəlsəfə doktoru dərəcəsi ilə bitirən Alarkon Kuba inqilabından sonra müxtəlif diplomatik vəzifələrdə çalışmışdır. Onun ilk xarici siyasət vəzifəsi Kuba Xarici İşlər Nazirliyinin Amerika şöbəsinin müdiri olmuşdur. Birləşmiş Millətlər Təşkilatındakı Daimi Nümayəndəsi olduğu müddətdə Alarkon Təhlükəsizlik Şurasının sədri və Baş Assambleyanın vitse-prezidenti kimi bir sıra görkəmli vəzifələr tutmuşdur.

İstinadlar

Xarici keçidlər Ricardo Alarcón Archive at marxists.org Official Biography – Cuban Communist Party Official Biography – Cuban National Assembly

Kateqoriya:21 mayda doğulanlar Kateqoriya:1937-ci ildə doğulanlar Kateqoriya:Havanada doğulanlar Kateqoriya:30 apreldə vəfat edənlər Kateqoriya:2022-ci ildə vəfat edənlər Kateqoriya:Havanada vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Havana Universitetinin məzunları Kateqoriya:BMT rəsmiləri Kateqoriya:Kuba inqilabçıları