Liza Rendal (; ) — Amerikalı nəzəri fizik. O, sim nəzəriyyəsi sahəsindəki işləri ilə tanınır. Onun ən əhəmiyyətli nailiyyəti Raman Sundrum ilə birlikdə 1999-cu ildə nəşr olunmuş Rendal-Sundrum modelinin yaradılması hesab olunur. O, doktorluq dərəcəsinə malikdir (1987) və Harvard Universitetində fəxri professordur. O, ABŞ Milli Elmlər Akademiyasının (2008) və Amerika Fəlsəfə Cəmiyyətinin (2010) üzvüdür. Həyatı Liza Rendal 18 iyun 1962-ci ildə Nyu-Yorkun Kuins bölgəsində anadan olub. O, 1980-ci ildə Stuyvesant Liseyini bitirib və orada gələcək simli nəzəriyyəçi və elmi populyarlaşdıran Brayan Qrin ilə təhsil alıb. 1987-ci ildə Harvarddan hissəciklər fizikası üzrə doktorluq dərəcəsi alıb. 2001-ci ildə Harvarda qayıtmazdan əvvəl Massaçusets Texnologiya İnstitutu və Prinston Universitetində dərs deyib.

Amerika İncəsənət və Elmlər Akademiyası (2004) və Amerika Fizika Cəmiyyətinin üzvüdür.

2007-ci ildə Liza Rendal "Time" jurnalının ilin ən nüfuzlu 100 insanı siyahısına (alimlər və mütəfəkkirlər bölməsində) daxil edilib.

İstinadlar

Xarici keçidlər

Lisa Randall at :en:Harvard Member biography on :en:Edge.org.

Kateqoriya:ABŞ ateistləri Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:Fəlsəfə doktorları Kateqoriya:Berkli Kaliforniya Universitetinin müəllimləri Kateqoriya:Harvard Universitetinin müəllimləri Kateqoriya:Prinston Universitetinin müəllimləri Kateqoriya:Massaçusets Texnologiya İnstitutunun müəllimləri