Studio Lotus — 2002-ci ildə təsis edilmiş və baş ofisi Yeni Dehlidə yerləşən çoxsahəli dizayn şirkəti.

Studio Lotus Dünya Memarlıq Xəbərləri Mükafatlarını, Asiya üçün Dizayn Mükafatında Böyük Münsiflər Mükafatını, Restoran İnteryerləri üçün Prix Versailles Xüsusi Mükafatını və digər mükafatları qazanan memarlıq və dizayn şirkətidir.

Şirkət həmçinin 5 il ardıcıl olaraq "Architectural Digest India"nın Memarlıq və Dizayn sahəsində ən nüfuzlu 50 adın siyahısına daxil olub və "Design For Asia" Mükafatlarında Böyük Münsiflər Mükafatını, "DOMUS International Restoration Awards" İtaliyada Xüsusi Qeyd və Asiya-Sakit Okean Daxili Dizayn Mükafatlarında Gümüş mükafatı alıb.

Şirkətin təsisçiləri və sahibləri Hindistanın məşhur dizaynerləri olan Ambriş Arora, Ankur Çoksi və Sidhartha Talvardı.

İstinadlar

Xarici keçidlər