Mahir Dərziyev ( gürcü: მახირ დარზიევი; 4 avqust 1957, Qazax, Azərbaycan SSR, SSRİ ) — Azərbaycan əsilli Gürcüstan siyasətçisi, tarixçi və müəllim, 2 çağırış (2012 və 2016-cı illərdə) Gürcüstan parlamentinin deputatı.
Həyatı 1980 və 1981-ci illərdə Tbilisi və Rustavi şəhərlərində sutəmizləmə stansiyalarında mexanik vəzifəsində çalışıb.
1982-ci ildə Rustavi orta məktəblərinin birində hərbi hazırlıq müəllimi işləyib.
1982-ci ildən 1992-ci ilə qədər Marneuli məktəblərinin birində tarix müəllimi kimi fəaliyyət göstərib.
1991-ci ildən 2003-cü ilə qədər Gəncə Dövlət Pedaqoji İnstitutunda dərs deyib.
1998-ci ildən 2002-ci ilə qədər Marneuli Şəhər Şurasının üzvü olub.
2012-ci ildən 2016-cı ilə qədər "Bidzina İvanişvili—Gürcü Arzusu" partiyasının seçki blokunun siyahısı üzrə 8-ci çağırış Gürcüstan Parlamentinin deputatı olub.
2016-cı ildən 2020-ci ilə qədər "Gürcü Arzusu—Demokratik Gürcüstan" Partiyasının seçki blokunun siyahısı üzrə 9-cu çağırış Gürcüstan Parlamentinin deputatı olub.
Mahir Dərziyev Gürcüstanla Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlərin qurulmasında iştirak edib, dəfələrlə dövlət nümayəndə heyətinin üzvü olub. O, eyni zamanda, iki ölkə arasında mübahisəli sərhəd xəttinin müəyyən edilməsi prosesində də iştirak edib.
İkinci Qarabağ müharibəsi zamanı Gürcüstanda Azərbaycan Respublikasının beynəlxalq mövqeyini dəstəkləyib.
Deputatlıq mandatı bitəndən sonra da, M.Dərziyev siyası çıxışları ilə yadda qalıb.
İstinadlar
Kateqoriya:Gürcüstan azərbaycanlıları Kateqoriya:Gürcüstan parlamentinin deputatları Kateqoriya:Gürcü Arzusu üzvləri Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1957-ci ildə doğulanlar