upright=1.05|thumb|sağ|Qatar qəzası, Monparnas, Fransa, 1895

Xəta — elm və riyaziyyatda müəyyən bir kəmiyyətin doğru (həqiqi) dəyərindən kənarlaşmasını ifadə edən anlayış.

Məsələn, həqiqi dəyəri məlum olmayan p kəmiyyəti üçün hesablanmış qiymət X olarsa, X dəyərinin xətası, yəni p-dən kənarlaşması, X − p fərqi ilə ifadə olunur. Xəta, yaxınlaşdırmanın (approksimasiyanın) nə dərəcədə uğurlu olduğunu göstərən ölçüdür.George A. Miller, Eugene Galanter, Karl H. Pribram Plans and the Structure of Behavior, 1960, S. 59 ff.

Mühəndislikdə və elmdə bir çox kəmiyyətlər ədədi qiyməti tam dəqiqliklə müəyyən edilə bilinməyən riyazi tənliklərlə təsvir olunur. Məsələn, p cəbri üsullarla həll olunmayan mürəkkəb tənliklər sisteminin həlli ola bilər. Daha sadə tənliklərdən istifadə etməklə p-nin təxmini qiymətinin tapılması üsulları tətbiqi riyaziyyatda mühüm yer tutur.

Yaxınlaşdırma metodu, aparılan hesablamada yaranan xəta ilə bağlı (əksər hallarda onun yuxarı sərhədləri ilə) qiymətləndirməni də əhatə etməlidir. Daha geniş mənada desək, X − p xətası aşağıdakı səbəblərdən yarana bilər: X, p-nin qeyri-dəqiq ölçmə vasitələri ilə aparılmış ölçüsüdür (ölçmə xətası); X, daha geniş bir qrupdan götürülmüş nümunəyə əsaslanaraq p barədə aparılmış statistik qiymətləndirmədir (seçmə xətası); p-nin ədədi hesablanması zamanı yalnız məhdud sayda rəqəm mərtəbəsindən istifadə edilmişdir (yuvarlaqlaşdırma xətası).

Riyaziyyatçılar "xəta" terminindən, əsasən, yuxarıda qeyd edilən birinci mənada — yəni həqiqi dəyərdən kənarlaşma mənasında istifadə edirlər.

İstinadlar

Ədəbiyyat siyahısı

Семёнова Т. И. Феномен ошибки в когниции, языке и речи // Вестник ИГЛУ, 2012. — № 2.(18) С. Семёнова Т. И. Ошибочные когниции сквозь призму языка // Вестник Иркутского государственного лингвистического университета 3.(11) 2010. Новицкая И. В., Вакалова А. Е. Теория ошибки в свете различных подходов // Молодой учёный. — 2016. — № 26. — С. 788—794. Тетерлева Е. В., Попова Ю. К. Понятие ошибки в контексте различных научных дисциплин // Проблемы романо-германской филологии, педагогики и методики преподавания иностранных языков. — Пермь: ПГПУ, 2010. — С. 36—40. Костичева В. Н. Ошибка как лингвокультурный феномен (на материале политического дискурса) // Magister Dixit. 2012. № 4.

Xarici keçidlər Errors contained in reference books – Internet Accuracy Project

Kateqoriya:Xətalar Kateqoriya:Ölçü Kateqoriya:İnsan kommunikasiyası Kateqoriya:Riyazi terminlər Kateqoriya:Fəlsəfi anlayışlar