Trueno (doğum adı: Mateo Palasios Korassina; ) — Argentina repçisi; müğənni və bəstəkar. O, həmyerlisi Bizarrap ilə qoşulub yaratdığı "BZRP Freestyle Sessions # 6" sərbəst deyişməsi ilə ad çıxarıb. Bu əsər "YouTube"da 250 milyonu keçən baxış sayı ilə sərbəst deyişmə janrında izlənmə rekordu qırıb.

Erkən illəri 2002-ci ilin mart ayının 25-də Buenos-Ayresin La Boka məhəlləsində doğulub. Uşaqlıqdan könlünü rep musiqisinə verib, amerikalı rep ustalarından Tupak Şakur, Dr. Dre və Snup Doqqun sənətindən feyziyab olub. Atası sərbəst deyişmə meydanlarının tanınmış siması, Uruqvay repçisi MC Peliqrodur. İlk vaxtlar top arxasınca qaçmaq istəsə də, sonralar atasının yolunu tutaraq deyişmə sənətinə üz tutub. Ata tərəfdən babası Yamandu Palasios Uruqvayın el havalarının mahir bilicisi, müğənni-bəstəkarı və gitaraçısı olub. Alfredo Sitarrosa, Xoakin Sabina və Juan Manuel Serrat kimi sənət adamları ilə eyni səhnəni bölüşüb.

Şəxsi həyatı Futbola olan həvəsini həmişə büruzə verib. O, Argentinanın ən tanınmış idman klublarından biri və yaşadığı məhəllənin başlıca komandası olan "Boka Xuniors"a azarkeşlik edir. "Ñeri" adlı mahnısının görüntülərini də klubun oyunlarını keçirdiyi La Bombonera stadionunda çəkdirib.

Diskoqrafiya Studiya albomları Atrevido (2020) Bien o Mal (2022) El Último Baile (2024)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İtalyanəsilli argentinalılar