Cəmiul-Üsul li-Əhadis ər-Rəsul () — "Kütübi-Sittə"dəki hədislərin cəmləndiyi məcmuə.
Müəllif Əsərin müəllifi tarixçi İbn əl-Əsirin qardaşı Məcdəddin ibn əl-Əsirdir.
Əsər Əsərdə hədislər, Buxari, Müslüm, Əbu Davud, Tirmizi, Nəsai və Malik ibn Ənəsin əsərlərindən seçilmiş mövzuların əlifbası sırası ilə cəmlənmişdir. Müəllif altıncı kitab olaraq "Sünəni-İbn Macə"nin yerinə "Muvatta"nı əsas götürmüşdür.
Əsər üç bölmədən ibarətdir. "Məbədi" adlı birinci bölmədə hədis üsulu haqqında müxtəsər məlumatlar, "Məqadi" adlı ikinci bölmədə hədislərin mətni, "Kitabül-Lövahiq" adlı üçüncü bölmədə isə əlifbası sırası ilə heç-bir yerə aid edilməmiş hədislər verilmişdir. Əsərdə ümumilikdə 9523 hədis vardır.
Nəşrləri Əsərin müxtəlif nəşrləri mövcuddur: Əsər Hindistanda (h.q. 1346), Qahirədə (1949–1955), Dəməşqdə (1969–1991) nəşr olunmuşdur.
Həmçinin bax Sünni kitablarının siyahısı
İstinadlar Kateqoriya:Sünni hədis topluları