Əbu Məhəmməd Muhyis-Sünnə əl-Hüseyn ibn Məsud ibn Məhəmməd əl-Fərrə əl-Bəğavi (; ) — mühəddis, müfəssir və Şafii fəqihi.
Həyatı Uşaqlıq və gənclik illəri haqqında məlumat yoxdur. Bağşurda (Bağ) anadan olduğu üçün nisbəsi "Bəğavi"dir. Atası kürk ticarəti ilə məşğul olduğu üçün Bəğavinin ləqəbi "İbn Fərrə"dir. Digər ləqəbləri isə "Muhyis-Sünnə" və "Rüknəddin"dir. Ona bu ləqəblər, Quran və Sünnə mədəniyyətini təbliğ etdiyi üçün verilmişdir.
1067-ci ildə təhsil üçün Mərvər-Ruda getmiş və burada Şafii fəqihi Qazı Hüseyn ibn Məhəmməd əl-Mərvər-Rudidən fiqh və hədis təhsili almışdır. Xorasanı gəzmiş, Əbu Ömər Əbdülvahid əl-Məlihi, Əbül-Həsən Əli əl-Cüveyni, Əbu Bəkr Yaqub əs-Səyrəfi kimi müəllimlərdən müxtəlif elmləri öyrənmişdir. Daha sonra ikinci vətəni adlandırdığı Mərvər-Rudda məskunlaşmış və müəllimi Qazı Hüseynin vəfatından sonra onun yerinə keçərək bir çox tələbə yetişdirmişdir. Ən qabaqcıl tələbələri isə bunlardır:
Əbu Mənsur Məhəmməd əl-Əttari. Həfədə olaraq tanınan bu tələbəsi, ondan "Şərhüs-Sünnə"ni rəvayət etmişdir. Əbül-Fəth Məhəmməd əl-Həmədani. Əbül-Məkərim Fəzlullah ən-Nugani.
Bəğavi, hicri 516-cı (1122) ildə Mərvər-Rudda vəfat etmiş və çox sevdiyi müəllimi Qazı Hüseynin yanında dəfn edilmişdir. Bəzi mənbələrdə vəfat tarixi hicri 510-cu (1116) il olaraq qeyd edilir.
Əsərləri Bəğavi ərəb və fars dillərində fiqh, təfsir və hədis sahələrinə aid əsərlər qələmə almışdır.
Hədis: Şərhis-Sünnə. Məsabihus-Sünnə. əl-Cəmi-beynəs-Səhiheyn. əl-Ənvar fi şəmailin-nəbiyyil-muxtar. Şərhu Cəmiit-Tirmizi. Təfsir: əl-Kifayə fil-Qiraə. Məalimüt-Tənzil. Fiqh: ət-Təhzib. Fətəva. əl-Kifayə fil-Fiqh. Tərcəmətül-Əhkam.
İstinadlar
Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Şeyxülislamlar