Zərəfşan dağ silsiləsi (, ) — Hissar–Alay dağ sisteminə daxil olan dağ silsiləsidir; Zərəfşan çayının cənubunda (Özbəkistan və Tacikistan) yerləşir. 300px|thumb|Kaşkadərya bölgəsindəki Zəravşan silsiləsinin cənub yamacı, Taxtaqaraça aşırımının yaxınlığı Dağ silsiləsi eninə istiqamətdə təxminən 370 km uzanır. Orta hündürlüyü 4110 m, ən yüksək nöqtəsi isə Çimtarğa dağıdır (5489 m). Şimal yamacında Zərəfşan çayının sol qollarına aid çoxsaylı eninə dərələr mövcuddur, cənub yamacı isə zəif parçalanmışdır. Şərq hissədə ( Fəndarya çayınadək ) yüksək dağlıq relyef, qərbdə isə karst relyef formaları ilə səciyyələnən orta dağlıq sahələr üstünlük təşkil edir. Yamaclarda seyrək meşələr (əsasən arça), dağ çölləri və alp çəmənlikləri yayılmışdır. Ümumi sahəsi 270 km² olan təxminən 560 buzlaq mövcuddur.

2003-cü ildə Özbəkistanın Qaşqadərya vilayətində, Zərəfşan dağ silsiləsinin cənub ətəklərində (Hissar dağ silsiləsinin şimalında), Teşik-Taşın şimal-qərbində yerləşən Anqilyak mağarasında (Anghilak cave) mustye mədəniyyətinə aid əmək alətləri və insana məxsus beşinci daraqvari (metatarsal) sümük aşkar edilmişdir. Bu sümüyün ölçüləri neandertal ilə anatomik cəhətdən müasir insan arasında dəyişən variasiya diapazonuna düşür. Radiokarbon analizinin nəticələrinə görə, paleoantropoloji tapıntının aşkar edildiyi IV təbəqənin yaşı 38–44 min il təşkil edirДробышевский, Станислав Владимирович Палеоантропы, 2006. М.:КомКнига ISBN 5-484-00426-8 Серия: Предшественники. Предки?. İstinadlar

Kateqoriya:Dağ silsilələri