Nədim Vasif Otyam (; ) — Türkiyə bəstəkarı, musiqiçidi, film rejissoru, prodüseri, orkestr dirijoru və pedaqoqu.
O, Türkiyədə orijinal film musiqisi yaradan ilk sənətkarlardan biri kimi tanınmışdır. Film rejissoru kimi də fəaliyyət göstərən Otyam 1952-ci ildə Türkiyə kinosunda torpaq ağalığı mövzusunu işləyən ilk film hesab olunan Toprak filminin rejissoru və prodüseri olmuşdur. 1974–1984-cü illərdə İstanbul Bələdiyyə Konservatoriyasının müdiri vəzifəsində çalışmışdır. Rəssam Fikrət Otyamın qardaşı, musiqiçi Əli Otyamın atasıdır.
Həyatı Nədim Vasif Otyam 1919-cu ildə Ankarada əczaçı bir atanın oğlu olaraq anadan olmuşdur. Yeni yaradılmış Ankara Dövlət Konservatoriyasının nəfəsli çalğı alətləri bölməsinin ilk məzunları arasında olmuşdur. Təhsilini 1942-ci ildə başa vurduqdan sonra Riyasəti-Cümhur Filarmoniya Orkestrinə təyin edilmişdir. Bununla yanaşı, xor dirijoru kimi fəaliyyət göstərmiş, Ankara Radiosu Uşaq Xoruna, həmçinin Ankara Xalq Evindəki orkestr və xora rəhbərlik etmişdir. Ernst Pretorius, Georq Markovits və Karl Anton Ebert ilə birlikdə çalışmışdır.
Otyam 1950-ci ildə İstanbulda "Atlas Film" şirkətində fəaliyyətə başlamışdır. 1952-ci ildə "Barbaros Film" şirkətini qurmuş və Türkiyədə ilk dəfə olaraq orijinal film musiqisi bəstələyərək böyük orkestr ilə musiqini səsyazmasına alan ilk bəstəkar olmuşdur.
Aralarında "Karanlıkta Uyananlar", "İsyancılar", "Seyyit Han" və "Kaçıklık Diploması" filmlərinin də olduğu 100-dən artıq filmin musiqisini bəstələmişdir. 1952-ci ildə Türkiyə kinosunda torpaq ağalığı mövzusunu işləyən ilk film olan "Toprak" filminin rejissoru və prodüseri kimi çıxış etmişdir.
1972-ci ildə İstanbul Bələdiyyəsi Şəhər Teatrlarının musiqi direktoru, 1974-cü ildə isə İstanbul Bələdiyyəsi Konservatoriyasının müdiri təyin edilmişdir. Bu dövrdə konservatoriyanın Sultanəhməddən Kadıköydə yerləşən Hal Binasına köçürülməsini və həmin məkanın musiqi məktəbi kimi uyğunlaşdırılmasını təmin etmişdir. 1984-cü ildə müdir vəzifəsindən ayrılmış, 1987-ci ilədək pedaqoji fəaliyyətini davam etdirmişdir.
1976-cı ildə İstanbul Dövlət Gözəl Sənətlər Akademiyasının Kino-Televiziya İnstitutunda "Film musiqisi" fənnini tədris etməyə başlamışdır. Sonradan Mimar Sinan Universitetinin Kino-Televiziya Bölməsi adını alan bu təhsil müəssisəsində vəfatına qədər dərs demişdir.
Mükafatları 1965-ci il – 2-ci Altın Portakal Film Festivalı, Ən Yaxşı Musiqi Mükafatı (Karanlıkta Uyananlar) 1966-cı il – 3-cü Altın Portakal Film Festivalı, Ən Yaxşı Musiqi Mükafatı (İsyancılar) 1969-cu il – 1-ci Altın Koza Film Festivalı, Ən Yaxşı Musiqi Mükafatı (Seyyit Han) 1979-cu il – Mədəniyyət Nazirliyi, 25-ci İl Sənət Şərəf Mükafatı 1981-ci il – 18-ci Altın Portakal Film Festivalı, Ən Yaxşı Musiqi Mükafatı (Derya Gülü) 1998-ci il – 10-cu Ankara Beynəlxalq Film Festivalı, Ən Yaxşı Musiqi Mükafatı (Çökertme) 1998-ci il – 11-ci Ankara Beynəlxalq Film Festivalı, Ən Yaxşı Musiqi Mükafatı (Kaçıklık Diploması) 1999-cu il – 36-cı Altın Portakal Film Festivalı, Ömür Boyu Şərəf Mükafatı 2000-ci il – Mimar Sinan Universiteti, Əmək Xüsusi Mükafatı 2005-ci il – 24-cü Beynəlxalq İstanbul Film Festivalı, Şərəf Mükafatı
Əsərləri
Rejissorluq 1952: Toprak 1952: Yurda Dönüş 1954: Bar Kızı 1956: Gecekondu Yosması 1961: İnleyen Dağlar 1964: Kan ve Gurur
Bəstəkarı olduğu filmlər
1951: Barbaros Hayrettin Paşa 1951: Dudaktan Kalbe 1951: Lale Devri 1951: Vatan İçin 1951: İstanbul Çiçekleri 1951: İstanbul'un Fethi 1952: Toprak 1952: Yurda Dönüş 1952: İki Süngü Arasında 1954: Kaçak 1954: Ölüm Saati 1956: Gizli El 1956: Tuzak Hoteli 1958: Dokuz Dağın Efesi: Çakıcı Geliyor 1958: Hayat Cehennemi 1959: Ben Kahpe Değilim 1959: Kanlı Değirmen 1960: Yak Bir Sigara 1962: Gurbet Yolcuları 1964: Duvarların Ötesi 1964: Karanlıkta Uyananlar 1965: Çanakkale Arslanları 1966: Karaoğlan-Camokanın İntikamı 1966: İsyancılar 1968: Camokanın Dönüşü 1968: Seyyit Han: Toprağın Gelini 1968: Şeytan Kafesi 1973: Hazreti Bilal-i Habesi 1979: Derya Gülü 1985: Alkol 1985: Bugünün Saraylısı (TV dizisi) 1986: Duvardaki Kan (TV dizisi) 1988: Çil Horoz 1997: Çökertme 1998: Kaçıklık Diploması 2001: Acı Gönül
Orkestr "Köyüm, Seni Unutmadım" (Solocular, koro ve orkestra için) "Maral" (Bale suiti) "Fatih Destanı" (Büyük orkestra için senfonik suit) "O’nun İçin" (Atatürk'e adanmıştır) "27 Mayıs Senfonisi" 1960
Digər Otyam uşaq xorları üçün əsərlər, qarışıq xorlar üçün təxminən 50 marş və 100-dən çox xalq mahnısı və melodiyası aranjimanı bəstələmişdir.
İstinadlar
Kateqoriya:Türkiyə bəstəkarları