Avstraliyanın Türkiyə və Azərbaycandakı səfirliyi — Avstraliyanın Türkiyədə və Azərbaycanda diplomatik nümayəndəliyi. Səfirlik Avstraliya İttifaqının rəsmi nümayəndəliyi olaraq ölkələr arasında diplomatik münasibətlərə aid bütün məsələləri əhatə edir. O, Avstraliyanın siyasi, iqtisadi, maliyyə və hüquqi məsələlər, eləcə də elm, təhsil, mədəniyyət və s. sahələrində maraqlarını Türkiyədə və Azərbaycanda təmsil edir. Avstraliya səfirliyi Ankarada yerləşir, İstanbul və Çanaqqalada isə konsulluqları var.

9 sentyabr 2025-ci ildən Avstraliyanın Türkiyədə və Azərbaycanda fövqaladə və səlahiyyətli səfiri Salli-Ann Vinsentdir. Avustralya Büyükelçisi Vincent, Cumhurbaşkanımız Erdoğan'a güven mektubu sundu

Tarixi Türkiyə ilə Avstraliya arasında diplomatik əlaqələr 1967-ci ildə qurulub. Türkiyənin Kanberradakı səfirliyi 1967-ci ildə, Avstraliyanın Türkiyədə səfirliyi 23 aprel 1968-ci ildə açılıb. Avstraliya səfirliyi Ankarada yerləşir, İstanbul və Çanaqqaladada konsulluqları var.

Avstraliya İttifaqı Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il dekabrın 26-da tanıyıb.Azerbaijan - Australia relations Bilateral relations between the Republic of Azerbaijan and the Commonwealth of Australi İki ölkə arasında diplomatik əlaqələr ilk dəfə 1992-ci il iyunun 19-da qurulub.

6 aprel 2012-ci ildə Azərbaycanın Avstraliyada səfirliyinin yaradılması haqqında qanun qəbul edilib və 2013-cü ilin iyununda səfirlik açılıb.

Avstraliyanın Türkiyədəki səfirliyi eyni zamanda Azərbaycana akreditə olunub. Bu, Avstraliya səfirinin həm Ankarada, həm də Azərbaycanda səlahiyyətli diplomatı olması deməkdir və səfir və ya digər diplomatlar Azərbaycana səfərlər edərkən bu akreditasiya əsasında fəaliyyət göstərirlər.Australia-Azerbaijan RelationshipAvustralya Büyükelçiliği Ankara

Parlamentlərarası əlaqələri Türkiyə ilə Avstraliya arasında Parlamentlərarası əlaqələr daha çox beynəlxalq təşkilatlar və görüşlər, ilk növbədə MİKTA üzv ölkələri və G20 çərçivəsində həyata keçirilir.Türkiye - Avustralya İlişkileri Avstraliyada yaşayan Türk icması iki ölkə arasında mühüm dostluq körpüsü təşkil edir.

2011-ci il aprelin 8-də Azərbaycan Milli Məclisində Azərbaycan və Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılmışdır.l Azerbaycan ile İlişkiler

Həmçinin Avstraliya İttifaqının qanunverici orqanı olan Avstraliya Federal Parlamentində Azərbaycan – Avstraliya Parlamentlərarası dostluq qrupu təsis edilib.

Avstraliyanın Türkiyədə və Azərbaycandakı səfirləri Avstraliyanın Türkiyədə və Azərbaycandakı səfiri Avstraliya İttifaqını bu ölkələrdə təmsil edən ən yüksək diplomatik vəzifəli şəxsdir. Səfir Müddət başlanğıcı Müddətin sonuYan Devvid Qreynq Biqos 2011 2014 Ceyms Martin Larsen 2014 2017Mark İnnes-Braun 2017 2021 Mayls Robert Armiteyc 2024 2025Salli-Ann Vinsent2025

Konsulluq münasibətləri Avstraliya İttifaqının İstanbul və Çanaqqala şəhərlərində konsulluqları fəaliyyət göstərir.

İstanbul Baş Konsulluğu Türkiyədə yaşayan və ya səfər edən Avstraliya vətəndaşlarına xidmət göstərir. İstanbul Baş konsuluğu Əskər Ocağı küç. 15, Elmadağ Şişli 34367 ünvanında xidmət ğöstəririr. İstanbul Baş konsul Toni Huberdir.

Çanaqqala Konsulluğu regionda yaşayan Avstraliya vətəndaşlarına xidmət göstərir. Avstraliyanın Çanaqqaladakı Konsulluğu viza proseduru xidmətləri göstərmir. Konsulluq Kolin Hotel Boğazkent Mevkii, 17100 Kepez ünvanında xidmət göstərir. Avstraliyanın Çanaqqalada konsul vəzifəsini Laura Vauşope icra edir.

Viza Türkiyəyə səfər etmək üçün uşaqlar da daxil olmaqla bütün Avstraliya İttifaqı pasportu sahibləri Türkiyə e-vizasına müraciət etməlidirlər. Avstraliya vətəndaşları e-viza ilə Türkiyədə 90 günə qədər qala bilərlər.Avustralya'dan Türkiye Vizesi

Avstraliya vətəndaşları Azərbaycana səyahət etmək üçün elektron viza (ASAN Viza) sistemi vasitəsilə viza ala bilərlər və 30 günədək Azərbaycanda qala bilərlər.

Avstraliya İttifaqına səfər etmək istəyən Azərbaycan Respublikasının vətəndaşları viza rəsmiləşdirilməsi üçün Avstraliyanın Ankaradakı səfirliyinə viza üçün müraciət etməlidirlər.

Həmçinin bax Türkiyənin Avstraliyadakı səfirliyi

İstinadlar

Xarici keçidlər Embassy of the Republic of Azerbaijan to Commonwealth of Australia New Zealand and Republic of Fiji Australian Embassy Türkiye Georgia and Azerbaijan Bilateral diplomatic relations between the Republic of Azerbaijan and the Commonwealth of Australia Australia In Turkiye İnstagram

Kateqoriya:Azərbaycanın ikitərəfli əlaqələri Kateqoriya:Avstraliyanın ikitərəfli əlaqələri Kateqoriya:Avstraliya Kateqoriya:Avstraliyanın xarici siyasəti Kateqoriya:Avstraliya–Azərbaycan münasibətləri