Azərbaycanın Kanadadakı səfirliyi — Azərbaycan Respublikasının Kanadada diplomatik nümayəndəliyi. Səfirlik Azərbaycan Respublikasını Kanadada təmsil edir və Azərbaycanın rəsmi nümayəndəliyi olaraq iki ölkə arasında diplomatik münasibətlərə aid bütün məsələləri əhatə edir. O, Azərbaycanın siyasi, iqtisadi, maliyyə və hüquqi məsələləri, eləcə də elm, təhsil, mədəniyyət və s. sahələrində maraqlarını Kanadada təmsil edir.
Kanada ilə Azərbaycanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) və Birləşmiş Millətlər Təşkilatına (BMT) birgə üzvlüyü qarşılıqlı maraq doğuran məsələlərdə əməkdaşlığa kömək edir.Canada - Azerbaijan Relations
Tarixi Kanada Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il dekabrın 25-də tanıyıb.
Kanada ilə Azərbaycan arasında diplomatik əlaqələr ilk dəfə 1992-ci il avqustun 10-da qurulub.
Kanadanın Türkiyədəki səfirliyi eyni zamanda Azərbaycana akreditə olunub.
Azərbaycanın Ottavada səfirliyi 2004-cü ilin sentyabrında açılıb.
Parlamentlərarası əlaqələri Azərbaycan Milli Məclisində Azərbaycan — Kanada işçi qrupu fəaliyyət göstərir. Həmçinin 2006-cı ilin noyabr ayında Kanada Parlamentində Kanada — Azərbaycan Parlamentlərarası Dostluq qrupu yaradılmışdır.В парламенте Канады создана группа дружбы с Азербайджаном
Viza xidmətləri Kanada vətəndaşları Azərbaycana gələrkən Azərbaycan Respublikası Rəsmi elektron viza portalı vasitəsilə elektron viza (e-viza) almalıdırlar.
Azərbaycanın Kanadadakı səfirləri Azərbaycanın Kanadadakı səfiri Azərbaycanı bu ölkədə təmsil edən ən yüksək diplomatik vəzifəli şəxsdir.
Səfir Müddət başlanğıcı Müddətin sonuHafiz PaşayevH. M. Paşayevin Azərbaycan Respublikasının Kanadada Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsindən geri çağırılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 1992 2004Fəxrəddin Qurbanov F. İ. Qurbanovun Azərbaycan Respublikasının Kanadada Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 2004 2007Fərid ŞəfiyevF.R.Şəfiyevin Azərbaycan Respublikasının Kanadada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 2009 2014 Vüsal Süleymanov Müvəqqəti işlər vəkili 2025 —
İstinadlar
Xarici keçidlər Azərbaycanin Kanadaki səfirliyi Embassy of Canada to Türkiye, in Ankara Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Azerbaijan-Canada Relations Facebook Twitter
Kateqoriya:Azərbaycan–Kanada münasibətləri Kateqoriya:Azərbaycanın ikitərəfli əlaqələri Kateqoriya:Kanadanın ikitərəfli əlaqələri Kateqoriya:Kanada Kateqoriya:Kanadanın xarici siyasəti Kateqoriya:Azərbaycanın xarici siyasəti Kateqoriya:Azərbaycanın Kanadadakı səfirləri Kateqoriya:Azərbaycanın diplomatik nümayəndəlikləri