Yakopo Bassano () — həmçinin Yakopo dal Ponte () kimi tanınan, Venesiya yaxınlığındakı Bassano-del-Qrappada anadan olan və orda vəfat edən və doğulduğu kəndin adını soyadı kimi götürən italyan rəssamı. Atası Böyük Françeskonun emalatxanasında təhsil aldıqdan sonra əsasən dini rəsmlər, mənzərələr və janr səhnələri çəkirdi. Həqiqətən də, o, tez-tez bibliya mövzularına kənd janr səhnələri kimi yanaşır, kəndliləri, heyvanları və aqrar mənzərəni böyük dəqiqliklə təsvir edirdi. Bassanonun rəsmləri Venesiyada və nəticədə bütün Avropada çox məşhur idi. Dörd oğlu: Kiçik Françesko Bassano, Covanni Battista da Ponte, Leandro Bassano və Girolamo da Ponte də rəssam oldular və üslub və mövzu baxımından onu yaxından izlədilər.
Həyatı
Yakopo Bassano təxminən 1510-cu ildə Venesiya şəhərindən təxminən 65 km məsafədə yerləşən Bassano-del-Qrappa şəhərində anadan olub. Atası Françesko il Vekkio yerli olaraq uğurlu bir rəssam idi və əsasən dini əsərlər istehsal edən bir ailə emalatxanası qurmuşdu. Gənclik illərində Bassano atasının emalatxanasında şagirdlik etmiş, burada rəssamlığın əsaslarını öyrənmiş, eyni zamanda geodeziya, xəritəçəkmə və mühəndislik sahəsində təcrübə qazanmışdır. Bu daha praktik fənlər üzrə bacarığı Veneto bölgəsinin dinamik mənzərəsinin təsvirinin onun bir çox rəsmlərində niyə bu qədər vacib rol oynadığını izah etməyə kömək edir. Bassano sonda 1530-cu illərdə Venesiyaya yollandı və orada Bonifazio de Pitati (Bonifazio Veroneze kimi də tanınır) altında təhsil almış ola bilər və şübhəsiz ki, Tisian və il Pordenone kimi sənətkarların əsərləri ilə tanış olmuşdur. 1539-cu ildə atasının ölümündən sonra o, Bassano del Qrappaya qayıtdı və orada daimi yaşamağa başladı, hətta 1546-cı ildə yerli bir qadın Elisabetta Merzari ilə evləndi. O, ailəsinin emalatxanasının idarəçiliyini öz üzərinə götürdü və nəticədə bu emalatxanaya dörd oğlu - Leandro Bassano, Kiçik Françesko Bassano, Covanni Battista da Ponte və Cirolamo da Ponte daxil oldu. 1592-ci ildə ölümündən sonra oğulları onun üslubunda çoxsaylı əsərlər yaratmağa davam etdilər ki, bu da sonrakı sənət tarixçiləri üçün hansı əsərlərin Yakoponun özü tərəfindən, hansı əsərlərin isə onun nəslinin əli ilə yaradıldığını müəyyən etməyi çətinləşdirdi.
İstinadlar
Xarici keçidlər
Jacopo Bassano in the Web Gallery of Art Jacopo Bassano: Founder of Landscape Style
Kateqoriya:1510-cu ildə doğulanlar Kateqoriya:13 fevralda vəfat edənlər Kateqoriya:1592-ci ildə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə rəssamlar Kateqoriya:XVI əsr İtaliya rəssamları Kateqoriya:Viçentsa əyalətində doğulanlar