Sergey Arkadiyeviç Andreyevski (; ) — Rusiya İmperiyasının aparıcı müdafiə vəkili. O, həmçinin yazıçı, şair və ədəbi tənqidçi kimi tanınırdı.
Bioqrafiyası
Sergey Andreyevski Yekaterinoslav quberniyasının (indiki Aleksandrovsk, Luqansk vilayəti) Aleksandrovka kəndində zadəgan rus ailəsində anadan olub. Gimnaziyanı qızıl medalla bitirdikdən sonra Xarkov Universitetinin hüquq fakültəsinə daxil olub. Hələ tələbə ikən gələcəkdə məşhur vəkil Anatoli Koni ilə dostlaşıb və bu adam illər boyu onun müəllimi və bələdçisi olub. Məzun olduqdan sonra Andreyevski Koninin şəxsi köməkçisi kimi çalışıb (1869–1870-ci illərdə), sonra onun köməyi ilə məhkəmə idarəsində karyerasına başlamaq üçün Sankt-Peterburqa köçüb.
1878-ci ildə Andreyevski Vera Zasuliçin məhkəməsində iştirak etməkdən imtina edən iki prokurordan biri kimi şöhrət qazanıb və bunu siyasi motivli hesab edib. Zasuliç bəraət qazandı və Rusiya sağçı mətbuatı Andreyevski və həmkarı Jukovskiyə qarşı qarayaxma kampaniyasına başladı; nəticədə hər ikisi prokurorluq işlərini itirdi. Andreyevski müdafiə vəkili kimi yeni karyerasına başladı və ritorik bacarıqları ilə tanındı. Onun "Müdafiə Çıxışları" (1891) əsəri rus vəkilləri üçün dərslik oldu.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:10 yanvarda doğulanlar Kateqoriya:1848-ci ildə doğulanlar Kateqoriya:9 noyabrda vəfat edənlər Kateqoriya:1918-ci ildə vəfat edənlər Kateqoriya:Sankt-Peterburqda vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Rusiya imperiyası şairləri Kateqoriya:Rusiya ədəbi tənqidçiləri Kateqoriya:Rusiya tərcüməçiləri Kateqoriya:XIX əsr tərcüməçiləri Kateqoriya:Rus şairlər Kateqoriya:Ağciyər iltihabından vəfat edənlər