Hallar Nazirliyinin Akademiyası — Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsi.
Yaranma tarixi İlham Əliyev 2 iyun 2008-ci ildə "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılması haqqında" sərəncam imzalamış, 2009-cu il 10 iyul tarixli fərmanı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsini təsdiq etmişdir. Sərəncama görə, akademiya FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı Yanğın-Texniki Məktəbinin, S. Ə. Dadaşov adına Elmi Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun, Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutunun və Tədris-Təlim Mərkəzinin bazasında yaradılır. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor Baba Salayevdir.
Fakültə və ixtisaslar Yanğın təhlükəsizliyi mühəndisliyi Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
Həmçinin bax Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Azərbaycan Dövlət Dəniz Akademiyası Bakı Yanğın Texniki Məktəbi
Mənbə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı
İstinadlar
Kateqoriya:Azərbaycan ali təhsil akademiyaları Kateqoriya:2 iyunda yarananlar Kateqoriya:2008-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan Fövqəladə Hallar Nazirliyi Kateqoriya:Azərbaycan ali hərbi təhsil müəssisələri