thumb|Jaipur Maharaja Brass Band icmasının nümayiş etdirdiyi alov udma şousu

thumb|Nyu-Yorkda fəaliyyət göstərən alov udan qız

Od udma və ya alov udma — yanan materialın ağza alınaraq söndürülməsinə əsaslanan nümayiş növü. Bəzən od püskürtmə nümayişi ilə sinonim kimi işlədilir və sənətçilər adətən hər iki nömrəni birlikdə ifa edirlər. Bu, ən qədim səhnə sənətlərindən biri hesab olunur.

Od udma nümayişi yanan bir materialın ağza alınaraq hava ilə təmasının kəsilməsi və oksigen çatışmazlığına görə sönməsi prinsipinə əsaslanır.

Rekordlar Ginnesin Rekordlar Kitabında

Ginnesin Rekordlar Kitabına görə, bir dəqiqə ərzində söndürülən məşəllərin sayına görə rekord "Preacher Muad’dib" ləqəbli sənətçiyə məxsusdur. Rekord 18 noyabr 2010-cu ildə İngiltərədə qeydə alınmışdır; sənətçi yalnız iki məşəldən istifadə edərək məşəli 83 dəfə söndürməyi bacarmışdır. "Preacher Muad’dib" digər bir rekordu 27 may 2011-ci ildə Londonda "Bizarre Ball" səhnəsində müəyyənləşdirmişdir — o, 30 saniyə ərzində 53 məşəli söndürərək "Yer üzündəki ən sürətli od udan" () tituluna layiq görülmüşdür.

İsveçrəli Paskal Akkermann () bir neçə məşəldən istifadə edərək bir dəqiqə ərzində 89 məşəli söndürə bilmişdir (1 aprel 2010-cu il, Roma). Hubertus Vavra () isə bir neçə məşəldən istifadə etməklə 30 saniyə ərzində 39 məşəli söndürməyi bacarmışdır.

Dünya rekordu

Dünya rekordu "Flambeaux" kimi tanınan Nyu-Yorklu sənətçi Kris Reyliyə () məxsusdur; o, yanan məşəli 55,53 saniyə ərzində ağzında saxlamağı bacarmışdır.

İstinadlar

Əlavə ədəbiyyat siyahısı

Xarici keçidlər

Penn Jillette Reveals the Secrets of Fire-Eating, Smithsonian Magazine, December 2012

Kateqoriya:Səhnə incəsənəti Kateqoriya:Sirk bacarıqları Kateqoriya:Alov incəsənəti