Türküz Türkü Çağırız () — 1973-cü ildə Mazhar Alanson və Fuat Güner tərəfindən "Mazhar ve Fuat" adı ilə MFÖ-nün yaranmasından əvvəl buraxılmış val.

Albomda Aşıq Veysəl və Yunus Əmrə kimi xalq ozanlarının mahnıları və türküləri yer alıb. Albomdakı iki mahnıda qadın vokalını Mazhar Alansonun həyat yoldaşı Hale Alanson ifa edib. "Türküz Türkü Çağırırız" həm rok, həm folk, həm də Anadolu elementlərini özündə birləşdirib. Bu albomdakı "Adımız Miskindir Bizim" və "Güllerin İçinden" sonralar MFÖ albomlarında yenidən işıq üzü görmüş, "Nerde Hani" mahnısı isə sözləri dəyişdirilərək "Hər şey çox gözəl olacaq" filmində "Bu Ne Biçim Hikaye Böyle" adı ilə yenidən yayımlanmışdır.

Mahnı siyahısı

Etiket Vokal: Mazhar Alanson, Fuat Güner, Hale Alanson

Gitara: Mazhar Alanson, Fuat Güner, Zafer Dilek

Bas-gitara: Merih Dumlu

Barabanlar: Veysel Çadır

Orqan, Klaviatura: Zafer Dilek

Zərb alətləri: Ramazan Şanlıel

Aranjiman: Zafer Dilek

İstinadlar

Kateqoriya:1973-cü ilin musiqi albomları