thumb|right|Taksim kazarmalarının 1880-1893-cü illər arasında çəkilmiş fotosu (Abdullah qardaşları, ABŞ Konqres Kitabxanası). Taksim Hərbi kazarmaları və ya Xəlil Paşa Artilleriya kazarmaları () — 1806-1940-cı illərdə İstanbulun Taksim meydanında, bu gün Taksim Gəzi Parkının yerləşdiyi yerdə yerləşən tikili. Hərbi məqsədlərdən əlavə, bina akrobatik şoular, at yarışları və yunan zəvvarları üçün yaşayış yeri kimi də istifadə olunurdu. 1940-cı ildə o vaxtkı İstanbul valisi və meri Lütfi Kırdarın xahişi və Avropa şəhərsalma mütəxəssisi Henri Prostun məsləhəti ilə sökülən kazarmaların yerində yaşayış və sosial fəaliyyət sahələrinin tikilməsi qərara alındı, lakin plan üzrə tam olaraq hərəkət edilmədi. Hazırda binanın yerində Taksim Gezi Parkı yerləşir.

Kazarmanın yenidən qurulması üçün söküntü işləri 28 may 2013-cü ildə başlasa da, etirazlar səbəbindən dayandırılıb. Tarixi İnşası Taksim kazarması 1806-cı ildə Osmanlı sultanı III Səlimin hakimiyyəti dövründə inşa edilmişdir. Qabaqçı Mustafa üsyanı zamanı zədələnmiş bina II Mahmudun hakimiyyəti dövründə təmir edilmişdir. Regenerasiyası thumb|left|Kazarmanın səmadan görünüşü (1930-cu illərin ortası) Baş verən yanğınlardan sonra bina, Topxana komandiri gürcü əsilli Xəlil Rüfət Paşanın səyləri sayəsində, Sultan Əbdülməcidin hakimiyyəti dövründə, XIX əsr memarlıq üslubunda çox dəbdəbəli şəkildə yenidən quruldu. Geniş həyəti olan iki mərtəbəli binanın hər fasadının küncü və ortasında üç mərtəbəli hündür hissələri var idi. Rus və Hind memarlığının izlərini daşıyan, Hərbiyə və Təlimxana kazarmalarının tam ortasında yerləşən binanın iki monumental giriş qapısı var idi.

Kazarma 1860-1870-ci illər arasında Osmanlı ordusunun modernləşməsində mühüm rol oynamışdır. Kazarmanın tarixində əhəmiyyətli hadisə isə Sultan Əbdüləzizin 1864-cü ildə Misir səfərindən qayıtdıqdan sonra oraya baş çəkməsi və yemək yeməsi olmuşdur.

Üsyandan sonra əhəmiyyətini itirən kazarma 1913-cü ildə Osmanlı Milli Sənaye və Ticarət Şirkətinə satıldı. Binanın mərkəzi hissəsindəki təlim sahəsi futbol meydançasına çevrildi, uzun illər futbol matçları və müxtəlif nümayişlər üçün istifadə edildi. Birinci Dünya müharibəsindən sonra kazarma işğal altındakı İstanbuldakı Fransa qüvvələrinin komandanlığı altında Seneqal əsgərlər üçün təsis edildi.

Cümhuriyyətin elanından sonra, kazarmanın həyətindəki futbol meydançasından istifadə edilməyə davam edildi və kazarma Taksim Stadionu kimi tanındı. 1923-cü ildə Türkiyə milli futbol komandası ilk rəsmi oyununu bu meydanda Rumıniyaya qarşı keçirib.

Sökülməsi 1940-cı ildə Anri Prostun təklifindən sonra kazarmanın sökülməsi və yerində yaşayış və sosial fəaliyyət sahələrinin tikilməsi qərarı alındı. Lakin, kazarmanın sökülməsindən sonra planlaşdırılan tədbirlərin çox az hissəsi həyata keçirildi. Kazarmanın yerində Taksim Gəzi Parkı tikildi. Yenidən inşası 16 sentyabr 2011-ci ildə İstanbul Böyükşəhər Bələdiyyəsi Şurası strukturun yenidən qurulmasına qərar verdi. Lakin, 17 yanvar 2013-cü ildə Mədəni İrsin Qorunması üzrə Regional Şura Gezi Parkının İstanbulun kollektiv yaddaşında önəmli rolunu əsas gətirərək binanın tikintisini təsdiqləmədi. İstanbul Böyükşəhər Bələdiyyəsi bu qərardan Mədəni və Təbii İrsin Qorunması üzrə Ali Şuraya apellyasiya şikayəti verdi. Ali Şura 1 mart 2013-cü ildə regional şuranın qərarını ləğv edərək, kazarmanın yenidən qurulmasını təsdiqlədi. 31 may 2013-cü ildə İstanbul 6-cı İnzibati Məhkəməsi Gezi Parkında Artilleriya kazarmasının tikintisini təsdiqləyən Mədəni İrsin Qorunması üzrə Ali Şuranın qərarına xitam verdi. Təkrar inşasına etirazlar

28 may 2013-cü ildə səhər tezdən Taksim Gəzi Parkında kazarmanın tikintisi üçün yaradılan tikinti sahəsinə söküntü avadanlığı gətirildi. Vəziyyətdən sosial media vasitəsilə xəbər tutan ətraf mühit fəalları və ictimaiyyətin bəzi üzvləri parkda düşərgə salaraq, iməclik keçirdilər.

İstinadlar

Xarici keçidlər Hayal-et projesi kapsamında Taksim Kışlası

Kateqoriya:Bosfor