Səbətkeçməz — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Çaldaş kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası Başkənd-Dəstəfur çökəkliyindədir. Qoşa səbət yüklü heyvanların qayaların arasındakı dar keçiddən və ya sıx meşə yolundan keçə bilmədikləri yer el arasında səbətkeçməz adlanır. Vaxtilə kəndin yaxınlığındakı dağlıq, qayalıq yerdən keçən el yolunun adı olmuşdur. Sonralar Qarabulaq (Rüstəm Əliyev) kəndindən gəlmiş ailələrin saldığı kənd həmin ərazinin adı ilə adlandırılmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 679 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax Gədəbəy rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Gədəbəy rayonunun kəndləri