Əl-Müzhir fi ülumil-lüğə və ənvaihə () — Cəlaləddin Süyutinin ərəb dili elmlərinə həsr olunmuş klassik əsəri.

Əsər TDV İslam Ensiklopediyasının saytında əsərin tam adı "əl-Müzhir fi ülumil-lüğə" şəklində göstərilmişdir.

Əsər əlli bölmədən ibarətdir. Bu bölmələrdən səkkizi istinadlara, on üçü ləfzlərə, beşi quruluş və ya məna incəliklərinə malik sözlərə (lətaif, müləh), on üçü mənaya, biri müxtəlif isim və feil qəliblərinə, isimlərin müfrəd-təsniyə-cəm, müənnəs-müzəkkər müxtəlif qəliblərə, oxşar vəziyətlərin feillərdəki istifadəsinə (əşbəh və nəzəir), səkkizi dilçilər üçün vacib olan məqamlara, biri ərəb şeirinə, məşhur şairlərə, biri ərəb qələtələri ilə bağlı məsələlərə həsr edilmişdir. Əsər kişi, qadın, uşaq, qul və cariyə olmaqla fəsix ərəbcə danışan şəxslərin mənalı sözlərindən ibarət bir hissə ilə sona çatır.

"Əl-Müzhir"də qədim lüğətlərdən, fiqhül-lüğəyə dair əsərlərdən, əmali və nəvadir tipli kitablardan, əksəriyyəti tək bir mövzuya həsr olunmuş lüğət risalələrindən, fiqh üsulu kitablarının dəlillərin ortaya çıxması nəzəriyyələrinə və məna ilə bağlı bölmələrinə aid hissələrdən, tarix, təbəqat, şeir və əxbər əsərlərindən, həmçinin nəhv (qrammatika) kitablarından sitatlar gətirilmişdir.

Əsər müxtəlif yer (Bulaq, Qahirə və s.) və tarixlərdə (1883, 1907, 1987 və s.) dəfələrlə nəşr edilmişdir.

Həmçinin bax Sünni kitablarının siyahısı

İstinadlar