Fiziki sistem — tədqiqat obyekti olan fiziki obyektlərin məcmusu. Bu məcmun riyazi çoxluqdan fərqlənir: sistemin bütün obyektləri eyni vaxtda mövcud olmalı və aralarında müəyyən fiziki əlaqə olmalıdır.
Başqa sözlə, fiziki sistem analiz üçün seçilmiş fiziki kainatın bir hissəsidir. Sistemdən kənarda qalan hər şey Açıq sistem adlanır və sistemə göstərdiyi təsirlər istisna olmaqla, analiz zamanı nəzərə alınmır.
Sistem və ətraf mühit arasındakı ayrılma analitikin seçimidir və adətən analizi sadələşdirmək məqsədi daşıyır. Məsələn, göldəki su, gölün yarısındakı su və ya göldəki suyun tək bir molekulu ayrı-ayrılıqda fiziki sistem kimi qəbul edilə bilər. İzolyasiya edilmiş sistem — ətraf mühitlə qarşılıqlı təsiri çox az olan sistemdir. Çox vaxt fiziki sistem anlayışı konkret bir maşın və ya mexanizm kimi gündəlik həyatda işlədilən sistem mənasına müvafiq gəlir.
Kvant koherentliyi sahəsində "sistem" obyektin mikroskopik xüsusiyyətlərinə (məsələn, bir rəqqas kürəsinin orta vəziyyəti) aid edilə bilər, müvafiq "ətraf mühit" isə rəqqasın termal vibrasiyaları ilə təsvir olunan daxili sərbəstlik dərəcələri ola bilər. Heç bir kvant sistemi ətrafından tamamilə izolyasiya olunmadığı üçün, kvant sistemlərini dərindən başa düşmək üçün bu qarşılıqlı təsirləri öyrənən nəzəri baza inkişaf etdirilməlidir.
İdarəetmə nəzəriyyəsində idarə olunan fiziki sistem ("idarə olunan obyekt") "obyekt" adlanır.
İstinadlar
Əlavə ədəbiyyat siyahısı
Kateqoriya:Fiziki sistemlər Kateqoriya:Fundamental fiziki anlayışlar Kateqoriya:Ontologiya