Ben Roy Mottelson () — Amerika əsilli Danimarka nüvə fiziki. O, atom nüvələrinin qeyri-sferik həndəsəsi üzrə apardığı tədqiqatlara görə 1975-ci ildə Fizika üzrə "Nobel" mükafatına layiq görülmüşdür.

Erkən həyatı

Mottelson 9 iyul 1926-cı ildə İllinoys ştatının Çikaqo şəhərində, mühəndis Qudman Mottelson və Corciya (Blum) Mottelsonun ailəsində dünyaya göz açmışdır. Onun ailəsi yəhudi mənşəli idi. İllinoys ştatının La Qranj şəhərindəki Lions Taunşip (Lyons Township) orta məktəbini bitirdikdən sonra o, ABŞ Hərbi Dəniz Qüvvələrinə qatılmış və zabit hazırlığı keçmək üçün Perdyu Universitetinə göndərilmişdir. Mottelson 1947-ci ildə burada bakalavr dərəcəsini tamamlamışdır.

Daha sonra o, 1950-ci ildə Harvard Universitetində nüvə fizikası üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsini almışdır. Onun dissertasiya rəhbəri, 1965-ci ildə kvant elektrodinamikası sahəsindəki fəaliyyətinə görə Nobel mükafatı qazanmış nəzəriyyəçi fizik Culian Şvinqer olmuşdur.

İstinadlar

Xarici keçidlər Nobel prize press release

Kateqoriya:9 iyulda doğulanlar Kateqoriya:1926-cı ildə doğulanlar Kateqoriya:Çikaqoda doğulanlar Kateqoriya:13 mayda vəfat edənlər Kateqoriya:2022-ci ildə vəfat edənlər Kateqoriya:Kopenhagendə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:ABŞ fizikləri Kateqoriya:Danimarka fizikləri Kateqoriya:Nəzəri fiziklər Kateqoriya:Nüvə fizikləri Kateqoriya:Əlifba sırasına görə Nobel mükafatı laureatları Kateqoriya:Fizika üzrə Nobel mükafatı laureatları Kateqoriya:Danimarkalı Nobel mükafatı laureatları Kateqoriya:Amerikan Nobel mükafatı laureatları Kateqoriya:Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri Kateqoriya:Amerika Fəlsəfə Cəmiyyətinin üzvləri Kateqoriya:Perdyu Universitetinin məzunları Kateqoriya:Harvard Universitetinin məzunları