Karl Hagenbek (; ) – vəhşi heyvanların satışı ilə məşğul olmuş alman tacir. Bir çox Avropa zooparkını, eləcə də, Fineas Teylor Barnumu vəhşi heyvanlarla təmin etmişdir. O, ilk dəfə müasir zooparkların əsasını qoymuş, heyvanlar üçün barmaqlıqlı qəfəslər yox, onların təbii yaşayış yerinə yaxın saxlanma yerləri yaratmışdır. O, "vəhşi qəbilə üzvləri"nin nümayişi ilə də məşğul olaraq etnoqrafiya şoumeni kimi də fəaliyyət göstərmişdir. Zoopark memarlığındakı yenilikləri Hagenbek inqilabı kimi tanınır.

İlk illəri Karl Hagenbek 10 iyun 1844-cü ildə doğulmuşdur. Atası Klaus Qottfrid Karl Hagenbek balıq satışı ilə məşğul olurdu və digər tərəfindən ekzotik heyvanların alışı və satışını təşkil edirdi. Hagenbekin 14 yaşı olanda atası ona bir neçə suiti və bir ağ ayı vermişdir.46;Nigel Rothfels, Savages and Beasts: The Birth of the Modern Zoo. (Baltimore: The Johns Hopkins University Press, 2002)

Karyerası Hagenbek Hamburqdakı evini tərk edərək ovçular və səyyahlarla birlikdə cəngəllik regionlarına və qarlı dağlara səfər etmişdir. Dünyanın hər qitəsində heyvanlar yaxalamışdır. 1874-cü ildə rəssam və dostu Heynrix Leytmannın təklifi ilə samoalıları və samiləri "saf təbii" insanlar kimi sərgiləmişdir.Human Zoos , by Nicolas Bancel, Pascal Blanchard and Sandrine Lemaire, in Le Monde diplomatique, August 2000 French Savages and Beasts — The Birth of the Modern Zoo , Nigel Rothfels, Johns Hopkins University Press 1875-ci ildə Avropanın böyük şəhərlərində və ABŞ-də heyvanlarını sərgiləməyə başlamışdır. 1876-cı ildə Misirə göndərdiyi həmkarı ona nubiyalılar gətirmiş, Paris, London və Berlində Nubiya sərgisi təşkil etmişdir. Fineas Teylor Barnum 1872-ci ildə ondan 3000 funt-sterlinq məbləğində heyvanlar almışdır.

Hagenbek 1893-cü ildə Çikaqoda keçirilmiş Dünya Kolumb Sərgisi üçün və 1904-cü ildə Sent-Luisdə keçirilmiş Luiziana Alış Sərgisi üçün sirk heyvanlarına təlim keçmişdir. Hagenbekin sirk heyvanları uğurlu olmuş, onun sirk heyvanları 1914-cü ilə qədər Koni-Aylendin əyləncə parklarında şou göstərmişlər.

Hagenbek yaşayan dinozavrlar haqqında məlumat verən ilk avropalılardan biri olmuşdur. O, Rodeziya regionunda "yarı fil, yarı əjdaha" görünüşündə olan bir bədheybət haqqında məlumatlar aldığını iddia etmişdir. O, bu canlının brontozavr olduğunu düşünmüş və tapmağa çalışmışdır. Onun iddiası yaşayan dinozavr axtarışlarını populyarlaşdırmışdır.

Zooparkları müasirləşdirməsi Hagenbek zooparklarda heyvanların qəfəslərdə deyil, onların təbii yaşayış şəraitinə uyğun yerlərdə saxlanılmasının tərəfdarı olmuşdur. O, 1907-ci ildə Hamburqda açdığı zooparkda bu konsepsiyanı tətbiq etmiş, saxta daşlardan və süni gölməçələrdən istifadə etmişdir. Barmaqlıqları xəndəklər və dərin qazılmış çuxurlarla əvəz etmişdir. Onun tətbiq etdiyi yeniliklər ziyarətçiləri cəlb etmiş və bu yeniliklər Hagenbek inqilabı kimi tanınmışdır.

Qalereya

İstinadlar

Ədəbiyyat

Kateqoriya:İlan sancmasından ölənlər Kateqoriya:Heyvan təlimçiləri Kateqoriya:Sirk sahibləri Kateqoriya:Almaniya iş adamları Kateqoriya:Zoopark sahibləri Kateqoriya:Heyvan tacirləri Kateqoriya:Müstəmləkəçilik