Ser Rudolf Ernst Payerls (; ) — Almaniya mənşəli Britaniya fiziki. O, Britaniyanın nüvə silahı proqramı olan "Tube Alloys", eləcə də Müttəfiqlərin birgə nüvə bombası layihəsi olan "Manhetten layihəsi"ndə (Manhattan Project) mühüm rol oynamışdır. 1996-cı ildə "Physics Today" jurnalında dərc olunan nekroloqda o, "nüvə fizikasının dünya proseslərinə təsirinin artması dramında əsas oyunçulardan biri" kimi xarakterizə edilmişdir.
Payerls fizika elmini Berlin Universitetində, Münxen Universitetində Arnold Zommerfeldin, Leypsiq Universitetində Verner Heyzenberqin və İsveçrə Federal Texnologiya İnstitutunda (ETH Zurich) Volfqanq Paulinin rəhbərliyi altında öyrənmişdir. 1929-cu ildə Leypsiqdə fəlsəfə doktoru (DPhil) dərəcəsini aldıqdan sonra Sürixdə Paulinin assistenti olmuşdur. 1932-ci ildə o, Rokfeller təqaüdünə layiq görülmüşdür. Bu təqaüdlə o, əvvəlcə Romada Enriko Ferminin, daha sonra isə Kembric Universitetinin Kavendiş laboratoriyasında Ralf Faulerin rəhbərliyi altında tədqiqatlar aparmışdır. Yəhudi mənşəli olduğu üçün 1933-cü ildə Adolf Hitlerin hakimiyyətə gəlişindən sonra vətəninə qayıtmamaq qərarına gəlmiş və Britaniyada qalmışdır. Burada o, Mançester Viktoriya Universitetində Hans Bete ilə, daha sonra isə Kembricdəki Mond laboratoriyasında çalışmışdır. 1937-ci ildə Birminhem Universitetinin fizika üzrə yeni təyin olunmuş avstraliyalı professoru Mark Olifant onu tətbiqi riyaziyyat üzrə yeni yaradılmış kafedraya dəvət etmişdir.
İstinadlar
Xarici keçidlər
1979 Audio Interview with Sir Rudolf Peierls by Martin Sherwin Voices of the Manhattan Project
War and Peace in the Nuclear Age; Dawn; Interview with Rudolf Peierls, 1986 FBI file on Rudolf and Eugenia Peierls
Kateqoriya:5 iyunda doğulanlar Kateqoriya:1907-ci ildə doğulanlar Kateqoriya:Berlində doğulanlar Kateqoriya:19 sentyabrda vəfat edənlər Kateqoriya:1995-ci ildə vəfat edənlər Kateqoriya:Oksfordda vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:"Britaniya imperiyası" ordeni komandorları Kateqoriya:Manhetten layihəsi şəxsləri Kateqoriya:London Kral Cəmiyyətinin üzvləri Kateqoriya:Copli medalı ilə təltif edilənlər Kateqoriya:Almaniya yəhudiləri Kateqoriya:Nüvə fizikləri