Cavad Xiyabani ( ( 17 noyabr 1966- cı ildə Kərəc, İran ) — Azərbaycan əsilli İran futbol şərhçisi, televiziya aparıcısı və jurnalist; İranın ən məşhur və populyar futbol şərhçilərindən biri.

Cavad Xiyabani 17 noyabr 1966-cı ildə Kərəc şəhərində doğulub. Onun valideynləri əslən Təbriz şəhərindəndir. O, Tehrandakı Şahid Racai adına Müəllimlər Universitetini bitirib.

C. Xiyabani 1990-cı illərdən İran televiziyasında işləməyə başlayıb. O , IRIB Varzesh və IRIB TV3 idman televiziya kanallarında əsas futbol şərhçilərindən və aparıcılarından biridir.

Həmçinin baxın

Adel Firdovsipur

İstinadlar

Kateqoriya:İran jurnalistləri Kateqoriya:Kərəcdə doğulanlar Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1966-cı ildə doğulanlar Kateqoriya:17 noyabrda doğulanlar