Nəsbur-Rayə li-təxrici əhadisil-Hidayə () və ya Nəsbur-Rayə () — Camaləddin Zeylainin hədis (təxricül-hədis) sahəsi ilə bağlı qələmə aldığı əsər.

Əsər Əsəri fərqli edən xüsusiyyətlərinin başında Hənəfi məzhəbinin yanında digər üç məzhəbin dəlillərini də ehtiva etməsi gəlir. Zeylai, "əl-Hidayə"dəki bir hədisi qeyd etdikdən sonra onu zikr edən səhabə raviləri və rəvayətləri qaynaqlarıyla birlikdə nəql edər. Hənəfi məzhəbinin dəlil aldığı hədislərdə bir zəiflik varsa, onu da ifadə edər. Mərğinaninin verdiyi hədisin mətniylə hədis qaynaqlarında iştirak edən mətin arasında fərqlər varsa, bu cür rəvayətlər üçün "qərib" və ya "qəribun ciddən" ifadəsini istifadə edər. Mövzuyla əlaqədar mərfu hədislərin ardından məvquf və məqtu rəvayətləri nəql edər Bu rəvayətlər haqqında özündən əvvəl edilən tənqidləri nəql edər, qismən öz tənqidlərinə də yer verər. Daha sonra digər məzhəbləria dəlillərini detallı şəkildə yazar. Keçmiş alimlərin sözlərini yeri gəldikcə tənqid edər. Müəllimi İbn ət-Türkmani onun ən çox tənqid etdiyi adlardan biridir. "Nəsbur-Rayə" əhkam hədisləri mövzusunda Bədrəddin əz-Zərkəşi, İbn əl-Müləqqin, İbn Həcər əl-Əsqəlani və Süyuti kimi müəlliflərin ən əhəmiyyətli mənbələrindəndir. "Kütubi-Sittə" ilə yanaşı Malik ibn Ənəsin "əl-Muvatta"sı, Əbu Davud, Əbd ibn Humeyd, İshaq ibn Rəhuyə, Əbu Əvanə əl-İsfərayini, Abdullah ibn Zübeyr əl-Humeydi, Əhməd ibn Hənbəl, Əbu Yalə əl-Mövsili və Bəzzarın müsnədləri, İbn Əbi Şeybə və Əbdürrəzzaq əs-Sənani müsənnəfləri, Beyhəqinin "əs-Sünənül-kübrə"si, "əl-Xilafiyyat"ı və "Dəlailün-Nübüvvəsi", Hakim ən-Nişaburinin "əl-Müstədrək"i, Darəqutninin "Sünən"i, İbn Sədin "ət-Təbəqat"ı, İbn Hibbanın "əs-Siqat"ı ilə "əl-Məcruhi"ni, Xətib əl-Bağdadinin "Tarixu Bağdad"ı, Mizzinin "Təhzibül-Kəmal"ı və "Tühfətül-Əşrəf"i, Zəhəbinin "Mizanül-İqtidali" Zeylainin bəhrələndiyi və təlxislər yazdığı bir çox əsər arasında qeyd edilə bilər. "Nəsbur-Rayə", İbn Həcər əl-Əsqəlani tərəfindən "əd-Dirayə fi təxric"i (təlxisi, müntəhabi) "Əhadisil-Hidayə" adıyla ixtisar edilmişdir.

Əsər müxtəlif tarix (hicri 1393, 1987, 1997 və s.) və yerlərdə (Ləknəv, Qahirə, Beyrut və s.) nəşr edilmişdir.

Həmçinin bax Sünni kitablarının siyahısı

İstinadlar