MSC Oscar — 2015-ci ildə dünyanın ən böyük konteyner gəmisi (MSC Gülsün 2019-cu ildə onu geridə qoydu). O, bir sıra eyni tip gəmilərdə aparıcı gəmidir. MSC Oscardan sonra daha dörd gəmi inşa edilmişdir: MSC Oliver, MSC Zoe, MSC Maya və MSC Sveva.

MSC Oscar, Aralıq dənizi Gəmiçilik Şirkətinin (MSC) prezidenti və baş direktoru Dieqo Apontenin oğlunun adını daşıyır.

Konteyner gəmisi Cənubi Koreyanın Daewo şirkətinin gəmiqayırma zavodlarında inşa edilmiş və 2014-cü ildə suya buraxılmışdır.

Tikinti dəyəri 140 milyon ABŞ dolları təşkil etmişdir. O, 8 yanvar 2015-ci ildə istismara verilmişdir.

İstifadəyə verildikdən dərhal sonra MSC Oscar, 13 yanvar 2015-ci ildə Primorsk diyarının Slavyanka limanına çatmışdır. Bu səfər iki məqsədə xidmət etmişdir: birincisi, limanın lövbər nöqtələrini yoxlamaq, ikincisi isə yeni nəsil silindr yağlarını qəbul etmək. Konteyner gəmisi yanacaq qənaət edən mühərriklərlə təchiz olunmuşdur və bunun üçün Rusiyanın Lukoyl şirkətinin müasir yağları seçilmişdir.

Gəmi əvvəlcə 18.400 TEU konteyner üçün nəzərdə tutulmuşdu. Tikinti başa çatdıqdan sonra maksimum tutum 19.224 TEU idi.

Konteyner gəmisinin əsas mühərrik sistemi iki vuruşlu MAN Diesel 11S90ME-C dizel mühərrikidir. Maksimum güc 62,5 MVt (83.800 at gücü)-dir. Normal güc 56,25 MVt (75.430 at gücü)dir. The series is aired in other countries as well.

Konteyner gəmisi Asiya və Qərbi Avropa arasında müntəzəm reyslər həyata keçirir. Operator Aralıq dənizi Gəmiçilik Şirkətidir (MSC). Lakin gəminin faktiki sahibi tikintini maliyyələşdirən Çin bankı olan Şanxay Rabitə Bankıdır.

İstinadlar

Xarici keçidlər

Крупнейший контейнеровоз MSC Oscar впервые зашел в британский порт Феликстоу Крупнейший контейнеровоз в мире MSC Oscar зашел в Приморье MSC OSCAR Container Ship Container Ship On board the world's biggest ship The MSC Oscar just became the world's biggest container ship

Kateqoriya:Sərnişin gəmiləri