Səudiyyə Ərəbistanı Krallığınının Azərbaycanda səfirliyı — Səudiyyə Ərəbistanın Azərbaycan Respublikasında diplomatik nümayəndəliyi. Səfirlik Səudiyyə Ərəbistanın rəsmi nümayəndəliyi olaraq Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərə aid bütün məsələləri əhatə edir. O, Səudiyyə Ərəbistanın siyasi, iqtisadi, maliyyə və hüquqi məsələləri, eləcə də elm, təhsil, mədəniyyət və s. sahələrində maraqlarını Azərbaycan Respublikasında təmsil edir. Səudiyyə Ərəbistanı Krallığı Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləmişdir.

Azərbaycanla SƏK ikitərəfli əlaqələrlə yanaşı, İslam Əməkdaşlıq Təşkilatı, BMT, Neft İxrac Edən Ölkələr Birliyi, Qoşulmama Hərəkatı və digər nüfuzlu regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir.

2023-cü ildən Səudiyyə Ərəbistanın Azərbaycanda Fövqaladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteylidir.İlham Əliyev Səudiyyə Ərəbistanının ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Haqqında Səudiyyə Ərəbistanı Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il 30 dekabr tarixində tanımışdır.

Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında diplomatik əlaqələr 1992-ci il fevralın 24-də qurulmuşdur.

1994-cü ilin aprel ayından Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığında səfirliyi təsis edilib.

1999-cu ilin iyun ayında Səudiyyə Ərəbistanı Krallığının Azərbaycanda səfirliyi açılıb.Embassy of the Republic of Azerbaijan to the Kingdom of Saudi ArabiaAzərbaycan — Səudiyyə Ərəbistanı Krallığı münasibətləri

Parlamentlərarası əlaqələri Milli Məclisdə Azərbaycan-Səudiyyə Ərəbistanı Parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupu

Səudiyyə Ərəbistanı Krallığının (Parlamenti) Məşvərət Şurasında Səudiyyə Ərəbistanı — Azərbaycan Dostluq Komitəsi yaradılıb.

21 noyabr 1994-cü ildə Səudiyyə Ərəbistanın Turkiyədəki səfiri, eyni zamanda Azərbaycanda akkreditə olunub.

Səfirlər Səfir Müddət başlanğıcı Müddətin sonuFəhd bin Əli əd-Dosəri 2013-cü ilə qədər2013İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirini qəbul etmişdir 16 yanvar 2013Musaid bin İbrahim bin Abdullah Əl-Səlimi2013İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir 28 iyun 20132018İlham Əliyev Səudiyyə Ərəbistanının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edibHaməd bin Abdullah bin Səud bin Xudeyr20182023İssam bin Saleh əl-Cuteyli2023

Viza Səudiyyə Ərəbistanına turist vizası www.visitsaudi.com saytında elektron formada təqdim olunur. Ərizə təsdiq olunduqdan sonra ölkəyə daxil olduqda pasporta viza möhürü vurulur.Turist vizası

Elektron turist vizası aşağıdakı xüsusiyyətlərə malikdir:

Müddəti 1 il Çoxgirişlidir (multi-entry) İldə 180 gün ölkədə qalmaq icazəsi var Hər səfər 90 gündən çox olmamalıdır

Elektron ərizə üçün tələb olunan məlumatlar: Ad və soyad Doğum tarixi və yeri Qeydiyyat ünvanı Ailə vəziyyəti, cins, milliyyət Peşə Fotoşəkil (200x200 px, 1 KB-a qədər) Səudiyyədə qalma ünvanı Səfərin məqsədi Aviabiletlər və pasport məlumatları Məcburi tibbi sığorta

Ümrə vizası: Bu viza növü yalnız Ciddə, Məkkə və Mədinə şəhərlərində etibarlıdır və bu cür viza ilə işləmək, qalma müddətini uzatmaq, istirahət üçün başqa yerlərə getmək olmaz.Səudiyyə vizası

İstinadlar

Xarici keçidlər Azərbaycanin Səudiyyə Ərəbistanıdaki səfirliyi Rəsmi sayti Ministry of Foreign Affairs Facebook İnstagram

Kateqoriya:Azərbaycan–Səudiyyə Ərəbistanı münasibətləri Kateqoriya:Azərbaycanın xarici siyasəti Kateqoriya:Səudiyyə Ərəbistanının ikitərəfli əlaqələri Kateqoriya:Səudiyyə Ərəbistanının xarici siyasəti Kateqoriya:Səudiyyə Ərəbistanı Kateqoriya:Azərbaycanın ikitərəfli əlaqələri Kateqoriya:Azərbaycandakı diplomatik nümayəndəliklər