160px|thumb|Venera simvoluVenera simvolu — Qadını simvolizə edən cinsiyyət simvoludur. Yunan mifologiyasında Hermes (Roma mifologiyasındakı qarşılığı Merkuri) və Afroditanın Hermafrodit adlandırdıqları bir övladı olur. Bu uşaq həm kişi, həm də qadın cinsiyyət orqanlarına malikdir. (Hermafrodit termini də məhz buradan yaranmışdır.) Simvolda yuxarıdakı hilal kişi cinsini, aşağıdakı düz xətt işarəsi qadın cinsini, halqa isə hər iki cinsin taraz şəkildə bir fərddə birləşməsini təmsil edir.
Tarixçə İlkin dövrlərdə Veneranın simvolu çarpaz xətt (aşağıdakı artı) olmadan təsvir edilirdi. Bu xətt sonradan simvola daha az bütpərəst xarakter vermək məqsədilə əlavə edilmiş və ehtimal olunur ki, ilkin variant güzgünü və ya muncuqları ifadə edirdi.
Başqa bir versiyaya görə, Veneranın güzgüsü qədim Misirin həyat rəmzi olan və eyni zamanda heroqlif kimi işlədilən "anh" simvolunun transformasiya olunmuş formasıdır.
Qədim yunanlar, daha sonra isə romalılar inanırdılar ki, gözəllik ilahəsi dəniz köpüyündən yaranmışdır. Buna görə də onu Venera-Kiprida adlandırırdılar. Hələ qədim dövrlərdən Kiprdə böyük mis yataqları mövcud olmuş və ada bütün Aralıq dənizi hövzəsinin mis mərkəzinə çevrilmişdir. Sinvollarda də məhz misdən hazırlandığı üçün orta əsr alkimyaçıları arasında "Veneranın güzgüsü" simvolu mis metalını ifadə etməyə başlamışdır.
Biologiya və botanika sahələrində bu simvol 1750-ci illərdə tətbiq edilmişdir. Razılaşmaya əsasən qadın cinsini göstərmək üçün istifadə olunur (kişi cinsi isə Marsın qalxanı və nizəsi ilə simvolizə edilir).
İstinadlar
Kateqoriya:SimvollarKateqoriya:Mis Kateqoriya:Mədəniyyətdə qadınlar Kateqoriya:Mədəniyyətdə Venera