Koreya Respublikasının Azərbaycandakı səfirliyi — Cənubi Koreya Respublikasının Azərbaycanda diplomatik nümayəndəliyi.

Səfirlik Koreyanın rəsmi nümayəndəliyi olaraq iki ölkə arasında diplomatik münasibətlərə aid bütün məsələləri əhatə edir. Koreya Respublikasını Azərbaycanda siyasi, iqtisadi, maliyyə və hüquqi məsələləri, eləcə də elm, təhsil və mədəniyyət sahələrində maraqlarını təmsil edir.

Azərbaycan və Koreya Respublikası Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və digər nüfuzlu regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir.

2025-ci ildən Cənubi Koreya Respublikasının Azərbaycanda Fövqaladə və Səlahiyyətli səfiri Kımqu Kanqdır.

Haqqında

Tarixi Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında diplomatik münasibətlər 23 mart 1992-ci ildə qurulmuşdur.

Cənubi Koreyanın Azərbaycan Respublikasındakı səfirliyi 4 mart 2006-cı ildə təsis edilib.

Azərbaycan Respublikasının Cənubi Koreya Respublikasındakı Səfirliyi 14 mart 2007-ci ildə açılıb.

Parlamentlərarası əlaqələri Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan — Koreya parlamentlərarası işçi qrupu fəaliyyət göstərir.Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupu

Koreya Respublikasının Milli Assambleyasında Koreya — Azərbaycan dostluq qrupu yaradılıb.

Səfirlər Cənubi Koreyanın Azərbaycanda səfiri Koreya Respublikasını Azərbaycan Respublikasında təmsil edən ən yüksək diplomatik vəzifəli şəxsdir. Səfir Müddət başlanğıcı Müddətin sonuLyu Kvanq ÇulAZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV KOREYA RESPUBLİKASININ ÖLKƏMİZDƏKİ SƏFİRİ LÜ KVANQ ÇULU DİPLOMATİK FƏALİYYƏTİNİN BAŞA ÇATMASI İLƏ ƏLAQƏDAR QƏBUL ETMİŞDİR20062009Çoi Suk-İnİlham Əliyev Koreya Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş səfiri Çoi Suk-İnin etimadnaməsini qəbul etmişdirİlham Əliyev Koreya Respublikasının Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib 29 sentyabr 201520122015Kim Çanq-gyunİlham Əliyev Koreyanın yeni səfirinin etimadnaməsini qəbul edib20152018Kim Tonq Opİlham Əliyev Koreya Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib 05 dekabr 201820182021Li İn-Yonqİlham Əliyev Koreya Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib 10 yanvar 202220222025Kımqu Kanq2025

Viza Azərbaycanla Koreya Respublikası arasında viza rejimi mövcuddur.Viza almaq üçün ərizə-anket portalı

Koreya Respublikası vətəndaşları Azərbaycana gələrkən Azərbaycan Respublikası Rəsmi elektron viza portalı vasitəsilə elektron viza (e-viza) almalı idilər.AZƏRBAYCAN RESPUBLİKASI RƏSMİ ELEKTRON VİZA PORTALI 2026-cı il iyulun 1-dən 2027-ci ilin iyulun 1-dək Koreya ümumvətəndaş pasportuna malik vətəndaşlar Azərbaycana turizm məqsədilə daxil olması üçün viza tələbi ləğv edilib.

Azərbaycan vətəndaşları Cənubi Koreya vizasına müraciət etmək üçün ilk növbədə ölkənin səfirliyi ilə elektron poçt vasitəsilə əlaqə saxlamalı və görüş (randevu) təyin etməlidirlər. Onlayn sistem üzərindən avtomatik qeydiyyat mövcud deyil, bütün müraciət prosesi səfirliyin yönləndirməsi ilə aparılır.

Tələb olunan sənədlər Xarici pasport Viza üçün ərizə forması Bir ədəd biometrik fotoşəkil Viza rüsumu Gediş-dönüş aviabilet və ya aviabilet bronu Otel rezervasiyasını təsdiq edən sənəd İngilis dilində səyahət planı Elektron Hökumət portalından və iş yerindən alınmış arayış (Certificate of Incumbency). Notarial qaydada təsdiqlənmiş zəmanət məktubu. Məktubda zəmanət verən şəxs müraciətçinin göstərilən tarixlərdə Koreya Respublikasına səfər edəcəyini və həmin tarixlərdə Azərbaycan Respublikasına geri dönəcəyini təsdiq etməlidir. Zəmanət məktubu tərcümə olunmalı və notarial qaydada təsdiqlənməlidir. Zəmanət verən şəxsin şəxsiyyət vəsiqəsinin surəti. Zəmanət verən şəxsin iş yerindən arayışı – Elektron Hökumət portalından alınmış Certificate of Incumbency. Bank hesabı haqqında arayış.

Səfirlik viza müraciətinin qiymətləndirilməsi zamanı zəruri hesab etdiyi halda əlavə sənədlər tələb etmək hüququnu özündə saxlayır.

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyi Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi Facebook

Kateqoriya:Diplomatik nümayəndəliklər Kateqoriya:Azərbaycanın xarici siyasəti Kateqoriya:Cənubi Koreyanın xarici siyasəti Kateqoriya:Azərbaycan–Cənubi Koreya münasibətləri Kateqoriya:Cənubi Koreyanın Azərbaycandakı səfirləri Kateqoriya:Azərbaycanın ikitərəfli əlaqələri Kateqoriya:Cənubi Koreyanın ikitərəfli əlaqələri