Məhəmməd Təqi Osmani (; ) — Pakistanlı islam hüquqçusu, Kəraçinin Darul-Ülum Universitetinin müəllimi və müfti.
Bioqrafiyası 3 oktyabr 1943-cü ildə Diobenddə anadan olmuş, Pakistan müstəqil olduqdan sonra atası Məhəmməd Şəfi Osmaninin müşayiəti ilə Pakistana köçmüşdür.
Təhsil almağa Pakistanın Kəraçi şəhərində yerləşən Əşrəfiyyə mədrəsəsində başlamışdır. Daha sonra atası tərəfindən təsis edilmiş Darul-Ülumda tədris olunan "dərsi-nizami" proqramını bitirmişdir. 1961-ci ildə həmin müəssisədə fətva sahəsində ixtisaslaşmışdır. 1964-cü ildə Kəraçi Universitetində ədəbiyyat üzrə bakalavr, 1967-ci ildə həmin universitetdə hüquq üzrə, 1970-ci ildə isə Pəncab Universitetində ərəb ədəbiyyatı sahəsində magistr dərəcəsi əldə etmişdir.
Məhəmməd Təqi Osmani yalnız zahiri elmlərlə kifayətlənməmiş, təsəvvüf sahəsinə də xüsusi maraq göstərmişdir. O, Əşrəf Əli Tahanəvinin xəlifəsi olan Dr. Əbdülhəyy Arifidən mənəvi tərbiyə almış və ondan təriqət xilafəti əldə etmişdir.
Məhəmməd Təqi Osmani 1980–1982-ci illərdə Federal Şəriət Məhkəməsində hakim kimi çalışmış, 1982–2002-ci illərdə isə Konstitusiya Məhkəməsinin Şəriət Məhkəməsi Apellyasiya Şurasının üzvü olmuşdur.
ABŞ, İngiltərə, Lüksemburq kimi ölkələrdə fəaliyyət göstərən şəriət şuralarında da sədr vəzifəsini icra edən Osmani, İslam Əməkdaşlıq Təşkilatının dəstəklədiyi Beynəlxalq İslam Fiqh Akademiyasının daimi üzvüdür.
O, Darul-Ülum İslam Universitetində "Səhihi-Buxari", fiqh və İslam iqtisadiyyatı sahələrində dərslər keçir.
Məhəmməd Təqi Osmani, ərəb, urdu və ingilis dillərində əsərlər qələmə almışdır.
Həmçinin bax Hənəfilərin siyahısı
İstinadlar
Kateqoriya:Diobendi Kateqoriya:Müftilər Kateqoriya:Mühacir xalqı Kateqoriya:Hüquq filosofları Kateqoriya:Hənəfilər Kateqoriya:Sufilər Kateqoriya:İslam alimləri Kateqoriya:Kəraçililər Kateqoriya:Matüridilər Kateqoriya:Pakistan hüquqşünasları Kateqoriya:Pakistanda islam