Şahzadə Aleksandra və Sör Anqus Oqilvinin toyu, 24 aprel 1963-cü ildə Vestminster abbatlığında baş tutdu. Şahzadə Aleksandra Britaniya kralı V Corcun nəvəsi, Kent hersoqu Şahzadə Corcun yeganə qızıdır. Bəy namizədi Anqus Oqilvi isə şotland qraf David Oqilvinin ikinci oğludur.

Haqqında 19 noyabr 1962-ci ildə Kensinqton sarayında nişanlanan cütlüyün televiziyada nümayiş etdirilən toy mərasimi 24 aprel 1963-cü ildə Vestminster abbatlığında ənənəvi ingilis kilsə nigahı şəklində təşkil edildi. Mərasimin ardından Sent-Ceyms sarayında ziyafət verildi. Cütlüyün bu nigahdan 2 övladı doğuldu.

Ceyms Robert Brus Oqilvi (29 fevral 1964) Marina Viktoriya Aleksandra Oqilvi (31 iyul 1966)

Qonaqlar

Gəlinin ailəsindən

Dul Kent hersoginyası Şahzadə Marina, gəlinin anası Şahzadə Eduard və Yekaterina Vorsli, gəlinin qardaşı və xanımı Şahzadə Maykl, gəlinin qardaşı Ana Kraliça Elizabet Bouz-Layon, gəlinin əmisi arvadı Kraliça Elizabet və Edinburq hersoqu Şahzadə Filipp, gəlinin əmisi qızı və əri Uels şahzadəsi Çarlz, gəlinin əmisi nəvəsi Şahzadə Anna, gəlinin əmisi nəvəsi Snoudon qrafinyası Şahzadə Marqaret və Antoni Armstronq-Cons, gəlinin əmisi qızı və əri Dul Harvud qrafinyası Şahzadə Mariya, gəlinin bibisi Harvud qrafı Corc Laskelles və Marion Stein, gəlinin bibisi oğlu və xanımı David Laskelles, gəlinin bibisi nəvəsi Qloster hersoqu Henri və Leydi Alis Montakyu, gəlinin əmisi və xanımı Şahzadə Vilyam, gəlinin əmisi oğlu Şahzadə Riçard, gəlinin əmisi oğlu və s.

Bəyin ailəsindən

David Oqilvi və Leydi Aleksandra Kuk, bəyin valideynləri Leydi Viktoriya Oqilvi və Aleksandr Llyod, bəyin bacısı və əri Leydi Marqaret Oqilvi və İyan Tennant, bəyin bacısı və əri Leydi Emma, bəyin bacısı oğlu Leydi Qriselda və Pyotr Balfor, bəyin bacısı və əri David Corc Oqilvi və Virciniya Oqilvi, bəyin qardaşı və xanımı Leydi Duna Oqilvi, bəyin qardaşı qızı David Con Oqilvi, bəyin qardaşı oğlu Ceyms Oqilvi və Maqdalena Ceyn Oqilvi, bəyin qardaşı və xanımı

Əcnəbi qonaqlar

Danimarka kraliçası İsveçli İnqrid və qızı Şahzadə Anna-Mariya Yunanıstan kraliçası Hannoverli Frederika, övladları Şahzadə Konstantin və Şahzadə İrina Niderland şahzadələri Şahzadə İrina və Şahzadə Marqrete Norveç kralı V Olav və oğlu Şahzadə Harald İsveç kraliçası Luiza Mauntbetten, ögey nəvələri Şahzadə Marqaret və Şahzadə Desirə və s.

Mənbə

Panton, Kenneth J. (2011). Historical Dictionary of the British Monarchy. Scarecrow Press, Inc. ISBN 978-0-8108-5779-7 Halleman, Caroline; Schubak, Adam (12 October 2018). "Royal Children in British Weddings Through the Years". TOWN&COUNTRY "The Royal Wedding of HRH Princess Alexandra and Angus Ogilvy" Westminster-abbey.org