İran İslam Respublikasının Teleradio Yayımı (IRIB) (farsca: سازمان صداوسیمای جمهوری اسلامی ایران|Sazmən-e Səda-o-sima-ye Jomhuri-ye Esləmi-ye Irân) və ya Seda o Sima (farsca: صدا و سیمای|'Səs və Görüntü) 1979-cu il İran İnqilabına qədər qısaca İran Milli Teleradiosu adlanaraq, İranda daxili radio və televiziya xidmətlərinin dövlət inhisarçısı olan, dövlət tərəfindən idarə edilən media qurumudur. O, həmçinin Asiya və Sakit Okean bölgəsindəki ən böyük media təşkilatlarından biridir və Asiya-Sakit Okean Yayım Birliyinin daimi üzvüdür. Onun rəhbəri birbaşa İranın Ali Rəhbəri tərəfindən təyin olunur.

İtaliya, Fransa, Belçika, Qayana, Malayziya, Livan, Birləşmiş Krallıq və ABŞ da daxil olmaqla dünyanın 20 ölkəsində 13.000 işçisi və filialı olan İran İslam Respublikasının Teleradio Yayımı həm yerli, həm də xarici radio və televiziya xidmətləri təklif edir. Onun 12 yerli televiziya kanalı, dörd beynəlxalq xəbər televiziya kanalı, beynəlxalq auditoriya üçün altı peyk televiziya və ölkə daxilində 30 əyalət televiziya kanalı yayımlayır ki, bunların yarısı İranda azlıq statuslu dillərdə, məsələn, Azərbaycan və Kürd dillərində, eləcə də yerli irandilli xalqların dillərində yayımlanır. İRİB yerli auditoriya üçün 12 radio stansiyası təmin edir və İRİB Word Service vasitəsilə 30 radio stansiyası xarici və beynəlxalq auditoriya üçün mövcuddur. Bununla yanaşı, qurum fars dilində "Cam-e Cam" qəzetini nəşr edir.

İstinadlar

Kateqoriya:ABŞ-nin İran əleyhinə tətbiq etdiyi sanksiyalar Kateqoriya:İran televiziya kanalları Kateqoriya:İran xəbər agentlikləri Kateqoriya:1926-cı ildə yaradılmış radiostansiyalar Kateqoriya:Çoxdilli teleradio yayımçıları