5 mart 2026-cı ildə İran Naxçıvana pilotsuz təyyarə hücumları həyata keçirərək Naxçıvan Hava Limanında dağıntılar törətdi. İran tərəfi 4 ədəd Arash-2 tipli dronla hücum edib. Onlardan biri Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb, digərləri Naxçıvan Muxtar Respublikasının Hava Limanını ərazisinə, biri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Naxçıvan Hava Limanının uçuş-eniş zolağına zərər dəyib. Hadisə zamanı dörd nəfər mülki şəxs xasarət alıb.
Hadisə 5 mart 2026-cı ildə günorta saatlarında İran istiqamətindən 4 ədəd Arash-2 tipli pilotsuz uçuş aparatları Azərbaycan hava sahəsinə daxil olub. Dronlardan biri Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb. Qalan dronlardan ikisi İran sərhədindən təxminən 10 kilometr məsafədə yerləşən Naxçıvan Beynəlxalq Hava Limanı ərazisinə düşüb. Orta məktəb binasını hədəfə alan pilotsuz uçuş aparatı isə hədəfə çatmadan məktəbin yaxınlığında yerə çırpılaraq partlayıb. Dronların qalıqları əraziyə səpələnib. Hadisə zamanı üçü hava limanı əməkdaşı, biri isə təyyarəyə minik gözləyən sərnişin olmaqla ümumilikdə 4 nəfər yaralanıb.
Hadisədən sonra 300px|thumb|right|Hadisədən sonra Azərbaycan Təhlükəsizlik Şurasının iclası Hadisə ilə bağlı İranın Azərbaycandakı səfiri Müctəba Dərmiçilu etiraz notası təqdim olunması üçün Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda hücum qınanıb.
Müdafiə Nazirliyi bu hücum aktları cavabsız qalmayacağını bildirib. Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən cinayət işi açılıb. Naxçıvan Beynəlxalq Hava Limanının işi dayandırılıb. Bakıdan Naxçıvana nəqliyyat əlaqəsinin təmin edilməsi məqsədilə Bakıdan Türkiyənin Iğdır şəhərinə və əks istiqamətdə aviareyslər təyin edilib. Sərnişinlərin Iğdır aeroportundan Naxçıvana və əks istiqamətə daşınması üçün xüsusi avtobuslar təşkil olunub.
Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib. Prezident İlham Əliyev bu hadisəni İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı kimi qiymətləndirib.
Azərbaycan tərəfi NOTAM elan edərək əməliyyat şarəiti ilə bağlı ölkənin cənub hava sahəsini uçuşlara bağlayıb. Azərbaycan-İran dövlət sərhədində bütün sərhəd-keçid məntəqələrindən yük avtomobillərinin hərəkətinin müvəqqəti olaraq tam dayandırılması barədə Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul edilib.Azərbaycan Respublikasının Baş nazirinin 5 mart 2026-cı il tarixli 66 nömrəli Qərarı 6 martda hər iki ölkəyə məxsus yük avtomobillərinin geri qayıtması üçün qərar qəbul edilib.
Azərbaycanın Tehrandakı səfirliyindən və Təbrizdəki Baş konsulluqdan heyətlərinin təxliyəsi barədə göstəriş verilib.
Azərbaycan hökuməti İrandan Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) müraciət edib.
İranın "Tasnim" agentliyi heç bir əsas olmadan Naxçıvana hücum edən pilotsuz uçuş aparatlarının guya Azərbaycan mənşəli olduğunu iddia edib.
İranın Azərbaycandakı səfiri Müctəba Dərmiçilu Baku TV-yə müsahibəsi zamanı hücumun Shahed tipli donlarla olduğunu iddia edib. Həmçinin hadisə ilə bağlı bəzi suallarından yayınıb.
7 martda İran Prezidenti Məsud Pezeşkian dövlət telekanalı ilə yayımlanan videomüraciətində hücumlara görə qonşu ölkələrdən üzr istəyib.
9 martdan etibarən Naxçıvan Hava Limanının fəaliyyəti bərpa olunub. Azərbaycan-İran dövlət sərhədində bütün sərhəd-keçid məntəqələrində məhdudiyyətlər tamamilə aradan qaldırılıb.
Reaksiyalar Yeni Azərbaycan Partiyası İranın Naxçıvana dron hücumunu pisləyib.
Təbriz Gənclər İttifaqı İran tərəfindən cavab tələb edərək Təbrizdə etiraz aksiyalarına başlayacaqlarını bildirib.
İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli teleqram kanalı hücum olunan ərazini "xarici zabitlərin" İrana hücum planlaşdırdığı yer kimi təsvir edib və bunu Azərbaycana xəbərdarlıq adlandırıb.
İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub. O, Azərbaycana qarşı hər hansı bir hücumun edilməsini təkzib edib. Ceyhun Bayramov dron hücumlarını qətiyyətlə pisləyib, bu hücumlarla bağlı qəti etirazını bildirib. Azərbaycan ərazisinə bu hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu, regionda gərginliyin artmasına xidmət etdiyini vurğulayıb.
Naxçıvan Ombudsmanı İranın hücumu ilə bağlı bəyanat yayıb. Azərbaycan ombudsmanı İranın Naxçıvan Muxtar Respublikasına həyata keçirdiyi dron hücumu ilə bağlı bəyanat yayıb.
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı Komissiyası Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikası ərazisindən olunan PUA hücumlarına dair Bəyanat qəbul edib.
İranın Naxçıvana PUA hücumları beynəlxalq aləmdə şiddətlə qınanıb.
Martın 8-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Xarici ölkələr Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib və Azərbaycan xalqına dəstəyini ifadə edib. Türkiyə Xarici İşlər Nazirliyi İranın Naxçıvana dron hücumu ilə bağlı bəyanat yayıb. Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub. Hakan Fidan İranın Naxçıvana dron hücumu ilə bağlı Ceyhun Bayramova zəng edib. Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub. Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərərgah rəisi ordu generalı Selçuk Bayraktaroğlu arasında telefon danışığı olub.
Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Pakistan baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hücumu qətiyyətlə pisləyib. Qazaxıstan XİN rəhbəri İranın Naxçıvana dron hücumu ilə bağlı Ceyhun Bayramova zəng edib.
Qırğızıstanın xarici işlər naziri Ceenbek Kulubayev azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng vurub.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Gürcüstan XİN İranın Azərbaycana hücumunu kəskin pisləyib. Gürcüstan XİN rəhbəri Ceyhun Bayramova zəng edib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub. Azərbaycan və Belarus baş nazirləri arasında telefon danışığı olub. Belarusun xarici işlər naziri Maksim Rıjenkov Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub. Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi — müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveyko arasında telefon danışığı olub. ABŞ səfirliyi İran tərəfindən Naxçıvana qarşı həyata keçirilmiş pilotsuz uçuş aparatları ilə hücumları qətiyyətlə pisləyir və Azərbaycan xalqı ilə tam həmrəy olduğunu bildirib. ABŞ Dövlət Departamenti İranın Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı pilotsuz uçuş aparatları ilə hücumlarını pisləyən bəyanat yayıb. Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Prezident İlham Əliyevə zəng edib. Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Latviyanın Azərbaycandakı səfirliyi İranın Naxçıvana dronlar ilə zərbə endirməsini pisləyib.
İsrail XİN başçısı Ceyhun Bayramova zəng edib. Albaniyanın baş naziri dünya birliyini İranı terror dövləti kimi tanımağa çağırıb.
Moldova Naxçıvana İran tərəfindən edilən hücumları sərt şəkildə pisləyib.
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron zərbələrini pisləyib. Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Faiyad bin Hamed Al Rovaili Azərbaycandakı hərbi attaşesi vasitəsilə ölkəsinin bu tip hücumlara qarşı olduğunu diqqətə çatdıraraq dəstək verməyə hazır olduğunu bildirib.
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib. Xorvatiya İranın Naxçıvana hücumunu pisləyib.
Küveyt Dövləti İranın Türkiyə və Azərbaycanı hədəf almasını qətiyyətlə pisləyib və bunu sərt şəkildə qınayıb.
Fransa XİN İranın Naxçıvana dron hücumu ilə bağlı bəyanat yayıb. Fransanın Azərbaycandakı səfiri İranın Azərbaycana dron hücumunu pisləyib. Emmanuel Makron Prezident İlham Əliyevə zəng edib. Litvanın xarici işlər naziri ölkəsinin Naxçıvan Muxtar Respublikasında mülki infrastruktura qarşı edilən və dinc sakinləri təhlükə altına qoyan İran PUA hücumunu qətiyyətlə pislədiyini bildirib. Litva Respublikasının xarici işlər naziri Kestutis Budris Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng edib. Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Beate Maynl-Rayzinger Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub. İspaniya İranın Türkiyə və Azərbaycana qarşı hücumlarını qətiyyətlə pisləyib. İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli İranın Azərbaycan Respublikası ərazisində Naxçıvan hava limanına qarşı dron hücumunu ən sərt şəkildə pisləyib. İtaliya Respublikasının baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng edib. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü İlham Əliyevə məktub ünvanlayıb. Efiopiyanın Baş naziri Abiy Əhməd Əli martın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Estoniya İranın Azərbaycana dron hücumlarını pisləyib. Monteneqro İran tərəfindən Azərbaycanın Naxçıvan bölgəsinə hücumu qətiyyətlə pisləyib. Monteneqronun baş nazirinin müavini və xarici işlər naziri Ervin İbrahimoviç Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Rumıniya baş nazirinin sabiq müavini Ana Birçall İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumunu pisləyib. Misirin xarici işlər naziri Bədr Əbdülati Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla baş tutan telefon danışığında ölkəsinin Azərbaycana, Türkiyəyə və ərəb ölkələrinə hücumları qəbuledilməz hesab etdiyini bildirib, bu halların qınanılmalı olduğunu vurğulayıb.
Suriya İranın Azərbaycana endirdiyi zərbələri pisləyib. Polşa İranın Naxçıvana PUA hücumunu qətiyyətlə pisləyib. Sloveniya XİN İranın Naxçıvan hava limanına hücumunu pisləyib.
Niderland səfirliyi Azərbaycana hücumu pisləyib. İsveç səfirliyi Azərbaycana hücumu pisləyib. İordaniya XİN Azərbaycanın İran tərəfindən hədəf alınmasını kəskin şəkildə pisləyib.
Almaniyanın Azərbaycandakı səfirliyi Naxçıvana dron hücumunu pisləyib.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa İranın Yaxın Şərq və Avropa ölkələrinə hücumlarından sonra Azərbaycana qarşı hücumunu pisləyib. Ukraynanın Bakıdakı səfirliyi İranın Azərbaycana hücumunu pisləyib.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld açıqlamasında Böyük Britaniyanın Azərbaycanın təhlükəsizliyini təhdid edən istənilən hərəkəti qətiyyətlə pislədiyini bildirib. Macarıstan səfirliyi Naxçıvana edilən hücumları pisləyib. Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə Macarıstan Silahlı Qüvvələrinin Baş Qərərgah rəisi general Qabor Böröndi arasında telefon danışığı olub. Belçika səfirliyi Naxçıvana hücumu pisləyib. Bəhreyn XİN İranın Azərbaycana dron hücumlarını qətiyyətlə pisləyib.