thumb|400px| İttifaq dövlətləri Antanta dövlətləri Birinci Dünya müharibəsi (28 iyul 1914 – 11 noyabr 1918) və ya Cahan Savaşı — bəşəriyyət tarixində qlobal miqyaslı ilk hərbi münaqişə. Bu adlandırma İkinci Dünya müharibəsinin başlanmasından sonra istifadə edilməyə başlanmış, iki dünya müharibəsi arasındakı dövrdə isə Qərbdə "Böyük müharibə" (, ) və ya "Dünya müharibəsi" adlandırılmışdır.

Bu müharibəyə iki alyansda birləşən, dünyanın ən böyük güc mərkəzləri qoşulmuşdu: Böyük Britaniya, Fransa və Rusiya, yəni "Antanta", "Üçlər ittifaqı"-da isə Almaniya, Avstriya-Macarıstan və İtaliya var idi. Sonralar 1914-cü ildə Yaponiya Antantaya, 1915-ci ildə isə İtaliya "Üçlər ittifaqı"-dan Antantanın tərəfinə keçdi. Lakin Avstriya-Macarıstan saziş əleyhinə yolverilməz hərəkətlər etdi, İtaliya da müharibə başlananda Almaniya İmperiyası və Avstriya-Macarıstana qoşulmaqdan imtina etdi. Nəticədə 70 milyondan artıq hərbçi (onların 60 milyonu avropalı idi) dünyanın ən böyük müharibələrindən birinə səfərbər edildi. 10 milyona yaxın əsgər öldü, əsasən silahlardakı texniki tərəqqinin olması, onların mobilliyi ölümlərin sayını daha da artırırdı.

Avstriya-Macarıstan taxt-tacının vəliəhdi hersoq Frans Ferdinandın 28 iyun 1914-cü ildə serb terrorçusu Qavrilo Prinsip tərəfindən Sarayevoda qətlə yetirilməsi dünya müharibəsinə çevrilən müharibənin başlanması üçün bəhanə oldu.

Müharibənin əsas səbəbləri Müstəmləkəçi ölkələrin inkişafı, Almanların güclənməsi, və müstəmləkə uğrunda apardıği amansız müharibələr ilk növbədə almanlar və Antanta arasındakı ziddiyətlərin kəskinləşməsi, dünyanın yenidən bölüşdürülməsi uğrunda Avropa dövlətlərinin iki hərbi-siyasi bloku arasında mübarizə Birinci dünya müharibəsinə gətirib çıxardı. Bu ziddiyətlərin başlıcası Almaniya ilə Böyük Britaniya arasında idi.

Alman hərbi-siyasi dairələri Böyük Britaniya və Fransanın hesabına yeni müstəmləkələr zəbt etmək, Fransa və Rusiyanı zəiflətmək, onların müstəmləkələrinin bir hissəsini ələ almaq niyyətində idilər. Onun müttəfiqi Avstriya-Macarıstan dövləti isə Balkan yarımadasında öz nüfüzunu genişləndirməyə və yeni ərazilər işğal etməyə çalışırdı.

Böyük Britaniya hökuməti müharibə yolu ilə Almaniyanı zəiflətmək, onun müstəmləkələrinin bir hissəsini ələ keçirmək, Osmanlı İmperiyasını bölüşdürmək ümidində idilər. Fransız hökuməti də buna nail olmaq istəyirdilər. Bundan başqa onlar, 1870–1871-ci illərdə Almaniya ilə olan müharibədə itirilmiş Elzas-Lotaringiya vilayətlərini geri almaq, Almaniyanın Reyn vilayətinin bir hissəsini ələ keçirmək istəyirdi. Rus çarizmi isə Balkanda, Bosfor və Dardanel boğazlarında öz hökmranlığını yaratmağa, həm də Almaniyanı iqtisadi cəhətdən zəiflətməyə çalışırdı.

Müharibənin başlanması Avstriya-Macarıstan ilə Serbiya arasındakı münaqişə müharibənin başlanması üçün bəhanə oldu. Avstriya-Macarıstan ordusunun baş komandanı, ershersoq Frans-Ferdinand Bosniyadakı manevrlərdə iştirak edirdi. Əslində Frans- Ferdinand taxt-taca yiyilənməyəcəkdi çünki o bir qız uğrunda taxt iddialarinda vaz keçmişdi. Yəni onun öldürülməsi müharibəni başlamaq üçün bir bəhanə olmuşdur. İyunun 28-də Serbiyadan gəlmiş terrorçu qrupun üzvü olan Qavrilo Prinsip Avstriya-Macarıstan taxt-tacının vəliəhdini Sarayevoda öldürdü. Bunun qarşılığında Avstriya-Macarıstan Serbiyaya ultimatum göndərdi və ona qarşı müharibə elan etdi.

1914-cü ilin iyulun axırında Avstriya-Macarıstan ordusu Serbiya ərazisinə daxil oldu. Belqrad şəhəri bombardman edildi. Rus İmperiyası Serbiyanı müdafiə etmək üçün səfərbərliyə başladığı müddətdə avqustun 1-də Alman İmperiyası Rusiyaya, avqustun 3-də isə Almaniya Fransaya müharibə elan etdi. Almaniya Prussiya tərəfindən imzalanmış Belçikanın bitərəfliyi haqqında müqaviləni "ağ kağız" adlandırdı və avqustun 4-də Belçikaya hücum etdi.

Belçikanı müdafiə etmək bəhanəsi ilə Böyük Britaniya Almaniyaya müharibə elan etdi. Getdikcə yeni-yeni ölkələr müharibəyə qoşuldular. 1914-cü il avqustun 23-də Yaponiya Almaniyaya qarşı müharibə elan etdi. Lakin, o Avropaya qoşun göndərmədi, Yaponiya Almaniyanın Uzaq Şərqdəki torpaqlarını tutmağa və Çini itaət altına almağa çalışırdı.

1914-cü ildə Osmanlı dövləti "Üçlər ittifaqı" tərəfindən müharibəyə qoşuldu. Buna cavab olaraq oktyabrın 2-də Rusiya, 5-də Böyük Britaniya, 6-da isə Fransa Osmanlıya qarşı müharibə elan etdi. Suriya, Fələstin və Qafqazda yeni cəbhələr açıldı. + Müharibənin başlanmasının xronologiyasıTarix Müharibəni elan edən dövlət Müharibə elan edilmiş dövlət 28 iyul 1914 Avstriya-Macarıstan Serbiya 1 avqust 1914 Almaniya Rusiya 3 avqust 1914 Almaniya Fransa 3 avqust 1914 Almaniya Belçika 4 avqust 1914 Böyük Britaniya Almaniya 5 avqust 1914 Çernoqoriya Avstriya-Macarıstan 6 avqust 1914 Avstriya-Macarıstan Rusiya 6 avqust 1914 Serbiya Almaniya 6 avqust 1914 Çernoqoriya Almaniya 12 avqust 1914 Böyük Britaniya və Fransa Avstriya-Macarıstan 23 avqust 1914 Yaponiya Almaniya 2 noyabr 1914 Rusiya Osmanlı İmperiyası 5 noyabr 1914 Böyük Britaniya və Fransa Osmanlı İmperiyası 23 may 1915 İtaliya Avstriya-Macarıstan 14 oktyabr 1915 Bolqarıstan Serbiya 9 mart 1916 Almaniya Portuqaliya 27 avqust 1916 Serbiya Avstriya-Macarıstan 28 avqust 1916 İtaliya Almaniya 6 aprel 1917 ABŞ Almaniya 7 aprel 1917 Panama və Kuba Almaniya 27 iyun 1917 Yunanıstan Almaniya 22 iyun 1917 Siam Almaniya 4 avqust 1917 Liberiya Almaniya 14 avqust 1917 Çin Almaniya 26 oktyabr 1917 Braziliya Almaniya 7 dekabr 1917 ABŞ Avstriya-Macarıstan 11 noyabr 1918 Müharibənin başa çatması

1914–1917-ci İllərdə hərbi əməliyyatlar thumb|right|300px|Alman piyada qoşunları hücuma keçir. 7 avqust 1914-cü il Müharibəyə girən dövlətlərin hər birinin hərbi əməliyyat üçün qabaqcadan hazırlanmış planı var idi. Almaniya uzun müddət alman baş qərargahına rəhbərlik etmiş və müharibədən az öncə vəfat edən rəhbərinin adı ilə adlandırılmış Şliffen planına əməl edirdi. Almaniyanın planı zəif müdafiə olunan Lüksemburq və Belçika ərazisindən Fransaya keçərək fransız qoşunlarını əzmək, həm də onu Rusiya zərbə vurmaq üçün öz qoşunlarını bir yerə toplayanadək təslim olmağa məcbur etmək idi. Bundan sonra qısa müddətdə Rusiyanı da darmadağın etmək nəzərdə tutulurdu. thumb|right|300px|İngilis piyada əsgərləri Alman qoşunlarının güclü qruplaşması Belçika ordusunu geri oturtdu və Fransaya daxil oldu. Fransızlar və Fransanın şimal sahilinə çıxarılmış ingilis korpusu daha üstün olan alman qüvvələrinin təzyiqi altında geri çəkilməyə məcbur oldular. Alman ordusu Paris üzərinə yeridi. Almaniya imperatoru II Vilhelm payızda Fransanın təslim olacağını vəd edirdi. Fransanın başı üstünü ölüm təhlükəsi almışdı. Fransa hökuməti müvəqqəti olaraq paytaxtı tərk etdi. Rusiyada isə səfərbərlik ləng gedirdi. Fransa hökuməti təcili kömək üçün Rusiyaya müraciət etdiyi zaman rus qoşunlarının cəbhə boyu düzülməsi, döyüş sursatı ilə təchiz olunması və cəmləşdirilməsi hələ başa çatdırılmamışdı. Buna baxmayaraq ruslar tələm-tələsik öz ordusunu hücuma göndərdi. Rusiyanın iki ordusu Şərqi Prussiya ərazisinə girdi, onun xeyli hissəsini tutdu və bu, Almaniyanın ordu komandanlığında narahatlığa səbəb oldu. Alman komandanlığı iki piyada korpusunu və süvari diviziyasını tələsik Fransadan çıxararaq şərq cəbhəsinə yolladı. Beləliklə, Fransaya hücum üçün nəzərdə tutulan ehtiyat qoşunların bir hissəsi Şərqi Prussiyaya göndərildi. Tannenberq döyüşü adlanan döyüşlərdə Rusiya ordusu üç dəfə çox say üstünlüyünə malik olsa da, ağır məğlubiyyətə uğradıldı. Alman ordusunun itkiləri 12.000 nəfər, Rusiya ordusunun itkiləri isə 170.000 nəfər idi. Daha sonrakı döyüşlərdə alman ordusu rusları Mazur gölü yaxınlığındakı döyüşlərdə bir daha ağır məğlubiyyətə uğradaraq onları tamamilə Almaniya ərazisindən kənarlaşdırdı. Lakin Rusiyanın bir neçə ordusu cənubda hücumlarını davam etdirirdi. Rusiya qoşunları Avstriya-Macarıstan qoşunlarının müdafiə xəttini yararaq, onları geri oturtdu və Polşanın Avstriyaya aid olan hissəsini və Qaliçiyanı (Qərbi Ukrayna) tutdu. Lakin alman ordusu köməyə gələrək rus ordusunu burada da bir neçə ağır məğlubiyyətə uğradaraq onları geri oturtdu. Rus ordusu böyük itkilər verdi, lakin Fransanı xilas etdi.

Fransadan qoşunların bir hissəsinin çıxarılıb Şərq cəbhəsinə göndərilməsi nəticəsində almanların Parisə getmək üçün qüvvələri çatışmadı. Onlar hücum xəttini qısaltmağa məcbur oldular və Parisin şimal-şərqində Marna çayına çatdılar. Burada onlar ingilis və fransızların böyük qüvvələri ilə üz-üzə gəldilər. 1914-cü ilin sentyabrında baş vermiş Marna sahilindəki vuruşmada hər iki tərəfdən 2,5 milyon nəfərdən çox adam iştirak edirdi. Fransız və ingilis qoşunları hücuma keçdilər. Sentyabrın 9-da almanlar cəbhə boyu geri çəkilməyə başladılar. Onlar hücum edən düşməni yalnız Ena çayı sahilində dayandıra bildilər.

Beləliklə, Almaniyanın ildırımsürətli müharibə planı boşa çıxdı. Almaniya iki cəbhədə uzun sürən ağır müharibə aparmalı oldu. 1914-cü ilin axırına yaxın Qərb cəbhəsi Şimal dənizindən İsveçrə sərhədinədək sabitləşdi. Əsgərlər səngərlərə çəkildilər. Manevr müharibəsi mövqe müharibəsinə çevrildi. Quruda müharibənin faktiki olaraq dalana düşməsi ilə əlaqədar olaraq hər iki tərəf yeni müttəfiqlər axtarırdı ki, yeni cəbhələr açsın və ya hətta qüvvənin kiçik ittihamının əlavə olunması tarazlığı dəyişdirməli idi. Almaniyaya və Avstriya-Macarıstana tezliklə Osmanlı İmperiyası qoşuldu. Axırıncının düşməni Rusiya imperiyası və həmçinin 1913-cü il Balkan müharibəsində özünü Serbiya tərəfindən incidilmiş sayan Bolqarıstan idi. Daha mühüm perspektivə malik olan İtaliya idi. Lakin İtaliya İttifaq dövlətlərinə rəsmi olaraq üzv olmasına baxmayaraq, xeyli əvvəl bu ittifaqdan uzaqlaşmışdı və 1914-cü il böhranında iştirak etməmişdi. Hər iki tərəf İtaliya hökumətindən xahiş edirdi, onun özü də hər iki tərəflə sakitcə sövdələşməyə hazır idi. İtalyan ictimaiyyəti parçalanmışdı, ehtimal ki, xalqın əksəriyyəti sülhün saxlanmasını istəyirdi, bunu həm katolik, həm də sosialist rəhbərlər məsləhət görürdülər. Qatı millətçilər öz irredentalarını, italyanlar yaşayan, lakin İtaliyaya tabe olmayan sərhəd regionları ələ keçirmək şansını görürdülər. İtalyan hökuməti Avstriya-Macarıstanla danışıqlara başladı, əgər Trentino və Cənubi Tirol təslim edilərsə hücum edən Avstriyanın onlardan əl çəkməsini təklif etdilər. Avstriya ilə danışıqlar həmçinin Antantanı qorxutmaq üçün istifadə edildi, axırda İtaliya özünə çox sərfəli şərtlər əsasında müharibəyə qoşuldu. 1915-ci il London məxfi müqaviləsi ilə Britaniya, Fransa, Rusiya və İtaliya razılığa gəldilər ki, əgər Antanta müharibədə qalib gəlsə İtaliya Trentinonu, Cənubi Tirolu, İstriyanı, Triyest şəhərini və Dalmasiya adalarının bəzilərini alacaqdı. Əgər Türkiyə parçalansa, İtaliya Kiçik Asiyada Adaliyanı alacaqdı və əgər İngiltərə və Fransa Almaniyanın Afrikadakı müstəmləkələrini tutsa, İtaliya Liviya və Somalidə ərazi artımı əldə edəcəkdi. Qısaca, London müqaviləsi ərazi ekspansiyasının müharibədən əvvəlki praktikasını davam etdirirdi.

Hər bir tərəf digərinin torpağında yaşayan milli azlıqları və narazı qrupları satın alırdı. Almanlar Rusiyanı sıxışdırmaq üçün Polşaya müstəqillik vəd etdi. Onlar Ukraynadakı yerli millətçiliyi hərəkətə gətirdilər. Belçikada isə almanpərəst flamand xalqının qiyamını qaldırdılar. Onlar Osmanlı sultanını xəlifə kimi inandırdılar ki, o, Şimali Afrikada müqəddəs müharibə elan etsin, ümid edirdilər ki, bu yolla hiddətləndirilən müsəlmanlar ingilisləri Misirdən, fransızları isə Əlcəzairdən qovacaqlar. Bu təşəbbüs uğursuz oldu. Alman agentləri İrlandiyada iş aparırdılar və bir irland millətçisi Rocer Keysment alman sualtı qayığında İrlandiyaya gəlib 1916-cı il Pasxa qiyamına hazırlıq gördü və başlanan qiyam Britaniya tərəfindən yatırıldı.