300px|thumb|right|Ümumdünya Şəhərsalma Forumu (2026) Şəhərsalma və Memarlıq İli — Azərbaycanda 2026-cı ilin elan olunmuş adı. 2026-cı ildə Azərbaycanda BMT-nin XIII Ümumdünya Şəhərsalma Forumu keçirilib

Arxa plan

Hüquqi baza 300px|thumb|left|Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş Azərbaycan poçt markası. 2025-ci il 22 dekabr 2025-ci ildə Azərbaycan Respublikasında 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanmışdır. Sərəncamda Azərbaycanın İpək Yolunda yerləşməsi, dünya əhəmiyyətli tarix və mədəniyyəti abidələri, Dünya irsi, Əcəmi Naxçıvani, Böyük Qayıdış çərçivəsində görülən quruculuq işləri, Azərbaycanda 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi kimi faktlara istinad edilmişdir. Beləliklə, "Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi" məqsədilə qərar verilmişdir ki, 2026-cı il Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan edilsin.

30 yanvar 2026-cı ildə təsdiq edilmişdir ki, bu ildə keçiriləcək tədbirlər planına XIII Ümumdünya Şəhərsalma Forumunun, "Bakı şəhərsalma həftəsi" çərçivəsində, həmçinin "Ümumdünya Məskunlaşma Günü" və "Ümumdünya Şəhərlər Günü"nün qeyd edilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında keçirilən Böyük Qayıdış çərçivəsində həyata keçirilən quruculuq işləri və abidələrin bərpasının ictimaiyyətə təqdim edilməsi, "qardaşlaşmış şəhərlər" layihəsinin Bakı və digər Azərbaycan şəhərləri üçün tətbiq edilməsi, bu ilə həsr olunmuş poçt markalarının, zərflərin və poçt kartlarının buraxılması, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Azərbaycan daşınmaz mədəni irs nümunələrinin gümüş xatirə sikkələrinin buraxılması və s. daxildir.

Tədbirlər

Ümumdünya Şəhərsalma Forumu

XIII Ümumdünya Şəhərsalma Forumu 2026-cı ilin 17–22 may tarixlərində, Azərbaycanın paytaxt Bakı şəhərində keçiriləcək. Forumun mövzusu "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz, dayanıqlı şəhərlər və yaşayış məskənləri"dir. Dövlət rəsmiləri, beynəlxalq təşkilatların üzvləri və memarlıq və şəhərsalma üzrə ekspertlər bu forumda iştirak edəcəklər. İlk dəfə olaraq, Ümumdünya Şəhərsalma Forumu Liderlər Sammiti formatında keçiriləcək. Forum Bakıda təşkil edilsə də, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına forum iştirakçılarının səfərləri təşkil ediləcək. Çünki Azərbaycan Böyük Qayıdış çərçivəsində gördüyü işləri forum iştirakçıları ilə bölüşmək istəyir.

30 yanvar 2026-cı ildə təsdiq edilmiş fəaliyyət planına görə, "Şəhərsalma və Memarlıq İli" və XIII Ümumdünya Şəhərsalma Forumu ilə bağlı tədbirlərin həyata keçirilməsində əlaqələndirilmə təmin edilməlidir.

Digər fəaliyyət 200px|thumb|right|AzerGold xatirə sikkəsi. Şəhərsalma və memarlıq ili münasibətilə 10 fevral 2026-cı ildə Ağdam "İmarət" Tarix-Memarlıq Muzey Kompleksi və "Şuşa Şəhər Dövlət Qoruğu" ICESCO-nun İslam Dünyası İrs Siyahısına daxil edilmişdir. 12 fevralda isə Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilmişdir. Ordubadın bu siyahıya əlavə edilməsi "Şəhərsalma və Memarlıq İli"nə böyük töhfə kimi qiymətləndirilmişdir.

8 apreldə 2026-cı ildə AzerGold elan etmişdir ki, "Şəhərsalma və Memarlıq İli" çərçivəsində hazırlanmış, Əcəmi Naxçıvaninin 900 illik yubileyinə həsr edilmiş gümüş xatirə sikkəsi buraxacaqdır. Sikkədə memarın və onun davamçılarının ərsəyə gətirdiyi tarixi tikililər təsvir ediləcəkdir. 8 may 2026-cı ildə sikkə satışa buraxılmışdır.

15 aprel 2026-cı ildə Azərpoçt bəyan etmişdir ki, 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması çərçivəsində bir sıra poçt markaları hazırlanmış, bunların bir hissəsi satışa çıxarılmışdır.

İstinadlar

Kateqoriya:2026-cı ildə Azərbaycan Kateqoriya:Azərbaycan memarlığı