Avatar: Aanq, Sonuncu hava maqı — Loren Montqomerinin rejissorluğu ilə çəkilən ABŞ fantastik cizgi filmidir. Film, Nickelodeon şirkətinin "Avatar: Aanq haqqında əfsanə" (2005–2008) animasiya televiziya serialının davamı və Avatar Studionun istehsal etdiyi ilk filmdir. Filmdə Aanq rolunu Erik Nam səsləndirir, həmçinin Dionn Kuan, Jessika Matten, Roman Zaraqoza, Steven Yeun, Dave Bavtista, Tayka Vaytiti, Geraldin Visvanathan, Freyda Pinto və Ke Huy Kuan digər rolları səsləndirir; film serialın əsas heyətinin (Avatar komandası) gənclik illərini təsvir edir.
Filmin çəkilməsi 2021-ci ilin fevral ayında, Nickelodeon şirkətinin "Avatar: Son Hava Maqı " franşizası kainatında keçən layihələrin yaradılmasına həsr olunmuş, yeni bölməsi olan Avatar Studionun yaradılması ilə birlikdə elan edilmişdir. 2022-ci ilin iyun ayına qədərki müddətdə Montqomeri rejissor vəzifəsinə təyin edilmişdir. Növbəti illərdə əsas aktyor heyəti elan edilmiş və serialdakı əsas rollar personajların etnik və irqi mənşəyinə görə yenidən seçilmişdir. Animasiya Flying Bark Productions və Studio Mir tərəfindən təmin edilmiş və 2D əl ilə çəkilmiş animasiya qəhrəmanlarını 3D kompüter animasiyası mühiti ilə birləşdirir.
Əvvəlcə kinoteatrlarda nümayiş olunması planlaşdırılan "Avatar: Aanq, Sonuncu hava maqı" filminin kinoteatr nümayişi ləğv edilmiş, 9 oktyabr 2026-cı ildə Paramount+ striminq xidmətində yayımlanması planlaşdırılmışdır.
Qısa xülasə Od Lordu Ozayın məğlubiyyətindən sonrakı illərdə dünyanın son Hava Maqı olan Aanq, Hava köçəri mədəniyyətini məhv olmaqdan xilas edə biləcək qədim bir güc haqqında məlumat əldə edir. Dostlarının köməyi ilə o, mədəniyyəti səhv əllərə keçməzdən və komandasının əldə etdiyi sülhü pozmaqa səbəb olmazdan əvvəl bu gücü tapmaq üçün qlobal bir axtarışa başlayır.
Aktyor heyəti Erik Nam Aanq rolunda, hazırkı Avatar və sonuncu sağ qalan Hava köçərisi. Dionne Quan, yerdəki titrəmələri hiss edərək "görə" bilən kor Yer maqı Tof Beyfonq rolunda. Cessika Matten — Katara, Cənubi Su Qəbiləsindən olan Su Maqı, Sokkanın kiçik bacısı və Aanqın sevgilisi. Roman Zaragoza Sokka rolunda, Cənubi Su Qəbiləsinin döyüşçüsü və Kataranın böyük qardaşı. Stiven Yeun, hazırkı Od Lordu və orijinal seriyada Ozayı məğlub etməyə üçün Aanqa kömək edən Zuko rolunda Deyv Bautista filmin mənfi obrazı rolunda
Filmin digər aktyor heyətinə Tayka Vaytiti, Geraldin Visvanathan, Freyda Pinto, Ke Huy Kuan, Peta Sergent və Di Bredli Beyker daxildir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Nickelodeon Movies filmləri Kateqoriya:Avatar: Aanq haqqında əfsanə Kateqoriya:2020-ci illərin fentezi-macəra filmləri Kateqoriya:2026-cı ilin filmləri Kateqoriya:Gələcək filmlər Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:2026-cı ilin ingilis dilli filmləri