Beynəlxalq Sabitləşdirmə Qüvvələri — 2025-ci ilin oktyabr ayında HƏMAS və İsrail tərəfindən razılaşdırılmış Qəzza sülh planında qeyd olunan, Birləşmiş Millətlər Təşkilatının mandatı altında olan, çoxmillətli sülhməramlı qüvvədir. Qüvvələrin bəyan edilmiş məqsədləri bunlardır: Qəzzanın təhlükəsizliyinin təmin edilməsinə kömək etmək, yeni Fələstin polis qüvvələrinin hazırlanması və Qəzza zolağının demilitarizasiyası və yenidən qurulmasına nəzarət etmək.
Məqsədi thumb|İsrail silahlı qüvvələrinin Qəzza zolağından çıxarılması təklifinin xəritəsi. Təhlükəsizlik perimentri göstərilmişdir.
Beynəlxalq Sabitləşdirmə Qüvvələri mandatına aşağıdakılar daxildir:
Terror infrastrukturunun demilitarizasiyasını və məhv edilməsini dəstəkləmək Qəzzanın İsrail və Misirlə sərhəd ərazilərinin təhlükəsizliyinin təmin edilməsi Mülki əhalinin və humanitar əməliyyatların qorunması Fələstin polis qüvvələrinin təliminin təşkili Humanitar dəhlizlərin fəaliyyətinin asanlaşdırılması Atəşkəsin monitorinqində Sülh Şurasına kömək etmək
Beynəlxalq Sabitləşdirmə Qüvvələri Qəzzada nəzarəti ələ keçirib sabitlik yaratdıqca, İsrail Müdafiə Qüvvələrinin razılaşdırılmış mərhələlər və müddətlər əsasında, mərhələli şəkildə Qəzzadan çıxması tələb olunur. Təhlükəsizlik perimetrinin Qəzza təhlükəsiz hesab edilənə qədər qüvvədə qalması nəzərdə tutulur.
Töhfə verən dövlətlər
Təsdiqlənmiş töhfəçilər Bir neçə ölkə açıq şəkildə Qəzzaya Beynəlxalq Sabitləşdirmə Qüvvələri üçün qoşun göndərəcəyini açıqlamışdır:
İndoneziya – əhəmiyyətli bir kontingent səfərbər edəcəyini açıqlamışdır və qüvvələrin komandir müavini vəzifəsini icra edəcək. Mərakeş – hərbi heyət söz vermişdir. Qazaxıstan – tibbi dəstək daxil olmaqla bölmələr verəcək. Kosovo – qüvvələr söz verib. Albaniya – qoşun söz vermişdir.
Dəstək rolları və təlim Misir və İordaniya daha geniş sabitləşdirmə səylərinin bir hissəsi olaraq polis qüvvələrinə təlim keçməyi öhdələrinə götürüblər.
İstinadlar
Kateqoriya:Sülhməramlı əməliyyatlar Kateqoriya:Qəzzə zolağı Kateqoriya:Fələstin Dövləti